Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlaəddin Hüseyn Cahansuz
Əlaəddin Hüseyn Cahansuz (?-1161) — Qurilər sülaləsinin hökmdarı (1149-1161). Qurlu qultanı İzzəddin Hüseynin yeddi oğlundan biri olaraq dünyaya gəldi. Atasının ölümü üzərinə yerinə keçən oğlu Seyfəddin Suri, torpaqlarını qardaşları arasında bərabər şəkildə bölüşdürmüşdü. Öz hissəsini bəyənməyən Qütbəddin Məhəmməd torpaqlarını qardaşlarından Bahaəddin Sama tərk edərək Qəznəvilər sultanı Bəhram Şaha qatılıb ona xidmət etməyi lazım bildi. Qısa müddətdə özünü sevdirən Qütbəddin yetənəkləriyle diqqəti çəkirdi. Bundan xoşlanmayan bəzi kimsələr Bəhram Şahı onun aleyhində qızışdırdınca bir müddət sonra Qütbəddin zəhərlənərək öldürüldü. Bu olaydan sonra Qurlular və Qəznəlilər arasında bir düşmənlik başlandı. Qardaşının bu şəkildə öldürüldüyünü öyrənən Seyfəddin Suri intiqam almaq üçün Bəhram Şahın üzərinə yürüdü və Qəznəliləri məğlub etdi (1148). Bəhram Şah qaçaraq canını qurtara bildi. Qəznədə qalan Seyfəddin Suri bir müddət sonra idarədəki hakimiyətini sağlamlaşdırıb xalqın və əşrəfin güvənini qazandığına qane olunca məiyetini təkrar Firuzkuha göndərdi.
Cahanşah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahanşah Həqiqi

Cahanşah məscidi
Göy məscid (fars. مسجد کبود‎ Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri. Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur. Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. == Tarixi == XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir.