Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çanza
Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti. Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib. Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır. Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər. Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb. Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar. Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir.
Canetta Səlimova
Cənnət Səlimova (tam adı: Cənnət və ya Canetta Səlimova Əlibəyovna; 20 yanvar 1940, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı. == Həyatı == 20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir. Tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 10 yanvar 1978 "Şərəf nişanı" ordeni "Azərbaycan Respublikası xalq artisti" fəxri adı — 24 may 1998 "Şöhrət" ordeni — 17 yanvar 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003 "Şərəf" ordeni — 17 yanvar 2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 == Quruluş verdiyi əsas tamaşalar == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı: "Aydın" — (C.Cabbarlı) "Şeyx Sənan" — (H.Cavid) "Hekayəti xırs quldurbasan" — (M.F.Axundzadə) (2009) "Məkkəyə gedən yol" — (C.Məmmədquluzadə) "Cəsur qurbağa balası" — (L.Ustinov) "Axırıncı qatar, yaxud itlər" — (O.Kazımi, İ.Fəhmi) "Ezop" — (G.Fiqeyredo) "Sərgüzəşti vəziri Xani Lənkəran" — (M.F.Axundzadə) "Mənim ağ göyərçinim" — (T.Vəliyeva) "Göyçək Fatma" — (Azərbaycan Xalq nağılı) "Mən səni sevirəm –M.S.S" — (Ə.Əmirli) "Romeo və Cülyetta" — (U.Şekspir) "Buzovna kəndinin əhvalatları" — (Elçin) "Don Rafaello Tranbomçu" — (F.Peppino) "Müsyo Jordan və Dərviş Məstəli şah" — (M.F.Axundzadə) "Əlincə qalası" — (Dilsuz) "İtalyansayağı xoşbəxtlik" — (D.Fo, P.Filippo) "III Riçard" — (U.Şekspir) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Dəli Yığıncağı" — (C.Məmmədquluzadə) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı: "Fərhad və Şirin" — (S.Vurğun) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı: "Söyüdlər ağlamaz" — (Ə.Bədəlbəyli) "Sevil" — (F.Əmirov) "Traviata" — (C.Verdi) "Məsxərəçilər" — (C.Leonkovallo) "Bohema" — (C.Puççini) Azərbaycan Dövlət Musiqili Komediya Teatrı: "Silva" — (İ.Kalman) "Bayadera" — (İ.Kalman) "Maritsa" — (İ.Kalman) "İddialı qaraçı" — (İ.Kalman) "Şən dul qadın" — (F.Leqar) "O olmasın, bu olsun" (Ü.Hacıbəyov) "Baladadaşın toy hamamı" — (Elçin) "Balaca şahzadə" — (A.S.Ekzüperi) "Utancaq qız" — (F.Dostoyevski) Azərbaycan Dövlət Rus Dram Teatrı: "Vanya dayı" — (A.P.Çexov) "İdiot" — (F.M.Dostoyevski) "Kuraj ana və onun uşaqları" — (B.Brext) "İvanov" — (A.P.Çexov) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Beluginin evlənməsi" — (A.Ostrovski) Bakı Kamera Teatrı: "Qodo həsrətində" — (S.Bekket) "Ezop" — (G.Fiqeyredo) "İtlər" — O.Kazımi, İ.Fəhmi) "Hekayəti- xırs quldurbasan" — (M.F.Axundov) == Filmoqrafiya == Zəlimxan dastanı (film, 2007) Dünən qəfildən gəldi (film, 2009) Allahın Lütfü (film, 2019) == İstinadlar == == Mənbə == "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)".