Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuspidia castrata
Kastrato
Kastrato (it. Castrato) erkən yaşda axtalanmış və buna görə də qadınlara oxşar yüksək səsə sahib olmuş vokal partiyaların ifaçılarına deyilir. Kastratoların adətən səsləri soprano və ya kontralto olur. == Tarixi == Təxminən 400-cü ildə Konstantinopolda imperatriça Evdokiyanın sarayında xədim Brison xor rəhbəri olub, bu da kastratoların bizans xorunda iştirak etmələrinin nümunəsidir. Lakin Brisonun özünün də müğənni olub-olmaması və ya onun həmkarlarının xədim olub-olmaması dəqiq bilinmir Axta-müğənnilər Konstantinopolun Müqəddəs Sofiya bazilikasının xorunda IX əsrdə məşhurlaşırlar, və bu populyarlıq 1204-cü ildə Konstantinopola çatan Dördüncü Səlib Yürüşünə qədər davam edir. Sonralar, təxminən üç yüz il sonra, axtaların ifaçılıq ənənəsi XVII əsrin əvvəlində İtaliyada bərpa olunur və təkmilləşdirilir. Əvvəlcə onlar qadınların iştirak edə bilmədiyi papa kapellasında yüksək partiyaların ifaçıları idilər. Musiqi nәzәriyyәçisi Yevgeni Braudoya görə, papa kapellasında ilk kastrato 1601-ci ildə peydə olmuşdur. Daha sonra kastratolar dünyəvi musiqilərdə də tətbiq edilməyə başlanır. Məlumdur ki, kastratolar 1642-ci ildə Monteverdinin "Popeanın tacgüzarlığı" (it.