Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəlinamə
"Dəlinamə"— XVII əsr Azərbaycan ədəbi abidəsi; məsnəvi şəklində qələmə alınmış mənzum hekayə. Adından da göründüyü kimi, "dəli" türk sözü olub, "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi dastan abidələrində "igid", "qəhrəman" mənasında işlənmişdir. Şamil Cəmşidov "Dəlinamə" adlı məqaləsində əsərin elmi-paleoqrafik xüsusiyyətləri və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ictimaiyyəti məlumatlandırmışdır "Dəlinamə" həcmcə kiçik olub, didaktik məzmun daşıyır. Əsərdə Şərq, o cümlədən Azərbaycan xalq ədəbiyyatında ağıllı, müdrik və qorxmaz dəli (Bəhlul Danəndə və s.) obrazlarından olan Dəlinin ictimai bərabərsizliyə, fövqəladə qüvvələrə qarşı üsyankar mübarizəsi təsvir olunmuşdur. Hekayət uzun illər islam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Nağılvari girişlə başlanan hekayətin məzmunu "Kitabi-Dədə Qorqud"un "Dəli Domrul" boyundakı kimi, maraqlı bir süjet üzərində qurulmuşdur. "Dəlinamə"nin qəhrəmanı çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən asi xarakterlidir, lakin hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını sevən, gözütox və təmənnasız insan kimi diqqəti cəlb edir. Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəli Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha "Yuxaruda nə durursən, en aşaqə", "Bənim qorkumdan oxşarsan uşaqə" deməsilə təhdidlər edir və özünün heç nədən qorxub çəkinmədiyini cəsarətlə bildirir.