Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çilingər
Çilingər — metal emalı və ya metaldan hazırlanmış əşyaların təmiri ilə məşğul olan peşədir. İxtisaslaşmasından asılı olaraq müxtəlif peşə növləri mövcuddur. Məsələn, avtomobil, tikinti, gəmi, maşın, alət və s. sahələr üzrə çilingərlər fəaliyyət göstərirlər. Çilingərlik peşəsinə peşə ixtisas məktəblərində yiyələnmək olar. İxtisas səviyəssindən asılı olaraq çilingərlərə dərəcələr verilir. Çilingərlik peşəsi çox qədim tarixə malikdir. Hələ lap qədim zamanlarda insanlar metaldan işçi alətlər düzəldirdilər. Əvvəldə onların hamısı dəmirçi adlanırdılar. Dəmirçilər dəmir filizini əldə edir, onları qızdırır və zindanda döyərək müxtəlif metal əşyalar düzəldirdilər.
Çiləgir
Çiləgir (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Çiləgir (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Çiləgir (Qusar)
Çiləgir — Azərbaycan Respublikasının Qusar rayonunun Urva inzibati ərazi vahidində kənd. Qusarçayın sahilində, Qusar maili düzənliyindədir. Kənd 1999-cu ildə yaradılmışdır. Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan Çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Xaçmaz rayonuda da Çiləgir adında kənd mövcuddur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1029 nəfər yaşayır. Əhalisini əsasən azərbaycanlılar təşkil edir.
Çiləgir (Xaçmaz)
Çiləgir — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xaçmaz r-nunun Aşağı Zeyid i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Xaçmaz r-nunun Nərəcan i.ə.v.-də kənd. Məzarçayın sol sahilində, Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.