Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleister Crovley
Alister Krouli (ing. Aleister Crowley; doğum adı Edvard Aleksandr Krouli (ing. Edward Alexander Crowley); 12 oktyabr 1875[…] – 1 dekabr 1947[…], Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — ən tanınmış okkultistlərdən kabbalaçılardan biri. Telema təliminin banisi, bir çox okkult əsərin o cümlədən "Qanun kitabı"nın müəllifi. == Həyatı == Alister Krouli 12 oktyabr 1875-ci ildə İngiltərənin Uorikşir qraflığının Liminqton-Spa şəhərində anadan olmuşdur. Atası Edvard Krouli əvvəllər pivə fabriki işlətmiş, Alister doğulandan sonra isə təqaüdə çıxmışdır. Kökləri Devon və Somerset ailələrinə qədər gedib çıxan anası Emili Bert Bişop və atası protestantlığın ən uc qanadı olan və Exclusive Brethren olaraq bilinən Darbyte`nin üzvləri idilər. Alisterin atası gündəlik işlərini bitirəndən sonra xütbələr deyərdi. Aleister üçünsə müqəddəs kitabı öyrənməsi üçün müəllim tutmuşdu. Atasının ölümündən sonra anasının Aleister üzərindəki diqqəti isə onun xristianlığa olan şübhəsini artırmaqdan başqa bir işə yaramamışdı.
Alister Krouli

Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Euthanasia Coaster
Evtanaziya lunapark qatarı sərnişinlərini öldürmək üçün dizayn edilmiş dəmir sürət qatarı konsepsiyadır. 2010-cu ildə elmlər doktoru namizədi Culicanas Urbanas tərəfindən London Kral Sənət Kollecində dizayn edilib miqyaslı modeli düzəldildi. Əyləncə parkında çalışmış Urabans öz lunapark sürət qatarının yaradılmasın hədəfi insan canını "eyforiya və zərifliklə" alması olduğunu dedi. Dizaynının praktik tətbiqlərinə gəldikdə, Urbanas "evtanaziya" və ya "edam" olduğundan bəhs etdi. Filadelfiya Toboqqan Şirkətində başçı vəzifəsində xidmət göstərən Con Allen Urbanası "sonuncu" lunapark sürət qatarı odur ki, "24 adam göndərir və hamısı ölü olaraq geri qaytarır." açıqlaması ilə ilhamlandırdı. == Dizaynı == Sxemin dizayn konsepsiyasına əsasən yuxarı doğru dik dərəcə ilə 510 metrə qədər 24 sərnişini qatar liftlə çəkir. 510 metr yüksəkliyə çatana qədər hər hansı sərnişin geri qayda bilər. Bundan sonra yeddi kolotoidə və qatarın inversiyasına qədər(Eyler spiralı) saatda 360 kilometrə yaxın bir sürətdə aşağı düşür, özünün terminal sürətinə yaxındır. Qatar sürətini itirərkən , hər inversiyada diametr daha da kiçilir və 10g qüevəsini qoruyur. Kəsgin sağ dönüşdən sonra qatar yeni sərnişinləri almaq cəsədləri boşaldmaq üçün düz istiqamətdə başladığı yerə geri qaydır.
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Jozef Lister

Dyuk-of-Qloster
Dyuk-of-Qloster (fr. îles du Duc de Gloucester) — Tuamotu arxipelaqının cənub-şərqində yerləşir (Fransa Polineziyası). Taitidən480 km cənub-şərqdədir. İnzibati baxımından Hao kommunasına daxildir. == Coğrafiya == == Tarixi == Atoll 1767-ci ildə Fillip Karteret tərəfindən kəşf edilir.
One Step Closer
One Step Closer, Linkin Park tərəfindən 2001-ci ildə satışa çıxarılan sinqldır. Mahnı çox rəğbət gördü və 2001-ci ilin rok marşı adlandırıldı. One Step Closer-in klibi qrubun üzvü Co Hanın prodüserliyi ilə hazırlanmışdır. Klip Los-Ancelesdə subway tunelində 19 metr dərinlikdə çəkilmişdir. Çox Linkin Park azarkeşlərinə görə mahnı Linkin Park-ın indiyə kimi çıxmış ən yaxşı mahnısıdır. Amerika mahnı siyahılarından olan Billboard 100-də 75-ci sıranı tutub.
Qloster (dairə, Nyu-Cersi)
Qloster Dairəsi (ing. Gloucester County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 324.72 km2 ərazini əhatə edir. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Qloster ştatında 255.701 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 13.4% artaraq 289.920 nəfərə çatdı. Qloster, Filadelfiya-Kemden-Vilmonqton (ing. Philadelphia-Camden-Wilmington Metropolitan Area) şəhər dairəsinin bir hissəsidir. Vudberi ştatın mərkəzidir. Ştatın ən böyük şəhəri — Qlessboro.
Henri Stüart (Qloster hersoqu)