Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Commonwealth
Commonwealth aşağıdakı mənalarda işlədilə bilər: Commonwealth, Britaniya İmperiyasının digər adı Commonwealth of England, 1649-cu ildə İngiltərədə elan edilən Respublika dövrü Commonwealth of Nations, İngilis Millətlər Birliyi, (pakt).
Commonwealth Bank
Commonwealth Bank of Australia (azərb. Avstraliya Birlik Bankı‎) — Avstraliyanın ən böyük bankıdır. Commonwealth Bank pərakəndə satış, fondların idarə edilməsi, yaşlılıq təqaüdü, sığorta, investisiya və vasitəçilik xidmətləri də daxil olmaqla bir çox maliyyə xidmətləri təqdim edirlər. Commonwealth Bank of Australia 2008-ci ildə yanvar ayı üçün Avstraliya Fond birjasında ikinci ən böyük listinq şirkəti idi. 7 dekabr 2007-ci ildə Avstraliyanın ən rahat bankı adı uğurunda mübarizədə ANZ-ə qalib gələ bilmişdir. 1911-ci ildə Avstraliya hökuməti tərəfindən əsası qoyulmuş Commonwealth Bank of Australia Avstaliya Milli Bankı, ANZ və Westpac ilə birlikdə Avstraliyanın "böyük dördlüyünə" daxildir. 1912-ci ildə Tasmaniya, 1920-ci ildə isə Kvinslendin banklarını özünə birləşdirdi. 1931-ci ildə Yeni Cənubi Uels və Qərbi Avstraliyanın dövlət yığım bankları ilə birləşdi. Bank müxtəlif xidmətlər göstərir: fiziki şəxslər üçün bank xidmətləri (xüsusi və kiçik biznesi olan müştərilərə xidmətlərin göstərilməsi); beynəlxalq maliyyə xidmətləri (bank offşor imkanları nəzərə alır və bank işi, sığorta, investisiya xidmətləri göstərir); beynəlxalq fəaliyyət: Commonwealth Bank of Australia həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə (İndoneziya, Fici və Çin; London, Nyu-York, Tokio, Sinqapur, Honkonq və Oklenddə filiallar) mövcuddur; məhsul və xidmətlər: Commonwealth Bank of Australia müştərilərə borc, kredit kartları və yığım hesabları kimi geniş məhsul və xidmət spektri təqdim edən Avstraliyanın ən iri pərakəndə bankıdır. Bu gün Commonwealth Bank of Australia-ın bütün Avstraliyada 1000 filialı və 3,3 min bankomatı var.
Commonwealth of England
Commonwealth of England (Azərbaycan dilində: İngiltərə cəmiyyəti və ya İngiltərə birliyi) 1649-cu ildə İngiltərədə başlayan və sonra İrlandiya və Şotlandiyada davam edən, ikinci İngilis Vətəndaş Müharibəsi və I Çarlzın edamından sonra başlayan respublika tipli idarəetmə dövrü. 19 may 1649-cu ildə Respublika, Rump Parlamenti tərəfindən hazırlanan İngiltərənin cəmiyyət olduğunu elan edən bir bəyannamə ilə (ingilis dilində: “An Act declaring England to be a Commonwealth”, yəni “İngiltərənin cəmiyyət (birlik) olduğunu elan edən akt”) başlamışdır. Dövrün əvvəlində hakimiyyət əsasən Parlamentdə və Dövlət şurasında idi. Bu dövrdə Parlament qüvvələri ilə ona qarşı çıxanlar arasında müharibələr davam etdi, xüsusən də İrlandiya və Şotlandiyada, indi həmin dövrü Üçüncü Britaniya Vətəndaş Müharibəsi adlandırırlar. 1653-cü ildə, Rump Parlamenti məcburi şəkildə dağıldıqdan sonra, Oliver Cromwell, Hökumət səlahiyyətlərini özündə birləşdirərək İngiltərə, İrlandiya və Şotlandiya İttifaqının Dövlət Protektoru Lordu (İngiliscə: Lord Protector) elan edildi, bu dövr Protektora dövrü olaraq tanınır. Kromvelin ölümündən sonra oğlu Richard Cromwellin qısa müddətli hakimiyyətindən sonra 1659-cu ildə üçüncü Protektora Parlamenti dağıldı və Rump Parlament yenidən çağrıldı və 1660-cı ildə monarxiyaya qayıtma prosesi başladı. İcma termini bəzən bütün 1649-1660-cı illər üçün istifadə olunsa da, monarxistlər bu dövrü hökmdarsızlıq dövrü ilə eyniləşdirirlər. Bəzi digər tarixçilər bu müddəti Cromwellin 1653-cü ildə hakimiyyətə gəlişinə qədər olan müddətlə məhdudlaşdırırlar.