Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Comrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. == Əhali == 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 == İqtisadiyyatı == Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. == Tanınmış Komratlılar == Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq == Qardaş şəhərlər == == İqlimi == Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Courage (mahnı)
Courage (azərb. Cəsarət‎) – Haruka Tomatsu tərəfindən ifa olunmuş sinql. 3 dekabr 2014-cü ildə CD + DVD formatında buraxılmışdır. Mahnı "Sword Art Online II" anime serialının 15-24-cü seriyalarının açılış mahnısı olmuşdur. Haruka Tomatsu həmçinin Asuna personajının seyyusudur.
Conrad Hotels
Conrad Hotels & Resorts — Hilton Ümumdünya Otellər şəbəkəsinin lüks otel və rezort brendi. Conrad oteli 2006-cı ildə The Waldorf-Astoria Collection oteli onu sıxışdırana kimi Hilton otel şəbəkələri arasında dəbdəbənin flaqmanı hesab edilirdi. == Tarixi == Conrad Hiltonun oğlu olan Barron Hilton yeni bir otelin əsasını qoydu və bu oteli öz atasının adı ilə Conrad Hotels adlandırdı. O zaman Hilton otelləri Hilton İnternational şirkətindən tamamilə ayrı şirkət idi və ABŞ ərazisində otelləri Hilton adı altında idarə edə bilməzdi. Yeni yaranan otel zənciri adı bu problemi öz yoluna qoydu. Hilton İnternational artıq ABŞ ərazisində Vista Hotels adlı öz otel zəncirini yaratdı və onlar eyni problemlə qarşıla.dılar, bu ad altında ABŞ ərazisində oteli idarə etməyə qadağalar qoyulmuşdu. İlk Conrad oteli olan The Conrad Jupiters Gold Coast 1985-ci ildə Avstraliyada öz qapılarını ziyarətçilərinə açdı. 2005-ci ildə iki Hilton otel zənciri yenidən birləşəndə Vista və Conrad adlarına olan ehtiyac aradan qaldırıldı. Vista adı qəbul olunmadı və Conrad adı Hilton lüks otel brendi kimi qorunub saxlanıldı. Bir çox otellər daha sonra ABŞ ərazisində bu ad altında idarə edildi.
Turdus chiguanco conradi
Turdus chiguanco (lat. Turdus chiguanco) — qaratoyuq cinsinə aid heyvan növü.