Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boston Consulting Group
Boston Consulting Group — 1960-cı illərdə yaradılmış şirkət. BCG matrisin əsasını 2 hipotez təşkil edir: Seqmentinin lideri olan şirkət istehsal xərclərində rəqabət üstünlüyünə malikdir, bu isə bazarda ən yüksək rentabelliyə malik olmaq deməkdir. Sürətlə böyüyən seqmentlərdə effektiv fəaliyyət göstərmək üçün şirkət məhsulun yüksək səviyyədə istehsalına sərmayə yatırmalıdır və ya aşağı templər ilə bazarda mövcud olan məhsulun inkişaf xərclərini azaltmalıdır. Bir cümlə ilə modeli ərz etsək: BCG matrisi hesab edir ki, müəssisə uzunmüddətli karlı inkişafını təmin etmək, yeni seqmentdə güclənə bilmək üçün uğurlu biznes sahəsindən gələn gəlirləri cəmləməli və yetkin inkişafda olan biznes sahələrinə sərmayə yatırmalırdır. BCG modelinin əsas mənası şirkətin məhsul çeşidlərinin inkişfında prioritetləri və gələcək investisiyalar üçün əsas sahələri müəyyən etməkdir. Metod bu suala cavab verməkdə köməkçi olacaqdır: "Bu cür məhsul və ya xidmətlərə edilən investisiyalar gəlir gətirəcəkmi?" BCG modelində hansı məhsulları təhlil etmək olar? Şirkətin ayrı istiqamətli fəaliyyət sahələri. Məsələn: Sığorta və qazlı içkilər; Şirkətin ayrı qruplardan olan, amma eyni bazar iştirakçısı olan. Məsələn: Həyat sığortası və avtomobil sığortası; Şirkətin eyni mal qrupundan olan məhsullar. Məsələn: avtomobilin KASKO və İcbari sığortası.
Konsaltinq
Konsaltinq (ing. consulting – məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətlər göstərən mənbədir. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən n % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir. == Konsaltinq xidmətlərinin növləri == Konsaltinqin həll etməli olduğu problemlər sahəsi həddən artıq genişdir, bundan başqa konsaltinq xidmətlərini göstərən şirkətlərin ixtisaslaşması müxtəlif ola bilər. Bəziləri konsaltinqin hər hansı bir sahəsi (məsələn, strategiya, ekalogiya, əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər və s.) ilə kifayətlənməklə, məhdud ixtisaslı şirkət olaraq fəaliyət göstərir. Geniş ixtisaslaşmaya malik olanlar isə konsaltinq sahəsində tam xidmət spektri təqdim edir. Konsaltqin müştəri-təşkilatların idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlərin hərəkatı və. s kimi məsələlərini həll edir.
E-konsaltinq
E-konsaltinq – e-biznesin bir növü; buraya müştərilərə elektron poçtla peşəkar məsləhətlərin verilməsi, informasiya xidmətlərindən arayışların təqdim oluması, İnternet üzərindən müxtəlif sorğuların keçirilməsi və s. aiddir.