Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lontra
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina) Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Haute-contre
Lontra felina
Pişik susamuru (lat. Lontra felina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. == Areal == Pişik susamurlarına əsasən Cənubi Amerikanın cənub-qərb litoral sahillərində (Çili, Peru, Argentina sahilləri) rast gəlinir. == Təsviri == Pişik susamurları elə də böyük canlı deyillər. Onların uzunluğu nadir hallarda 1 metri keçir. Çəkiləri isə 3-6 kiloqram olur. Onlar öz cinsinin ən kiçik növləri hesab edilir. Pişik susamurlarının diş formulu: i 3 3 c 1 1 p m 3 − 4 3 m 1 2 = 36 {\displaystyle i\ {\frac {3}{3}}\ c\ {\frac {1}{1}}\ pm\ {\frac {3-4}{3}}\ m\ {\frac {1}{2}}=36} . == Qorunma statusu == Bu canlılar olduca nadir sayılırlar. Bu səbəbdən Peru, Çili və Argentina qanunlarına görə qorunurlar.
Renan Contar
Renan Contar (25 dekabr 1983, Kampinas, San-Paulu ştatı) — Braziliya siyasətçisi. Hazırda Mato Grosso do Sul əyalət deputatıdır. O, hazırda Mato Qrosso do Sul hökuməti üçün ikinci turda mübarizə aparır. İngilis və ispan dillərində sərbəst danışır.
Lontra canadensis
Kanada susamuru (lat. Lontra canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. Kanada susamurları Şimali Amerikada yaşayır, 5.0–14 kq ağırlığında olurlar. Qalın kürkü su keçirməzdir. Balıqlar ana qidası olsa da suda-quruda yaşayanlar, tısbağalar və xərçənglər də qidaları arasındadır. == Yayılması == Alyaska, Kanada, ABŞ-nin şimal-qərbi ilə şərqində, Meksika və ayrıca Cənubi Amerikanın şimalında yaşayır.
Kontra-Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kontra Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Leandro Bassano
Leandro Bassano (doğum 10 iyun 1557-ci il, Venesiya - ölüm 15 aprel 1622-ci il, Venesiya) Leandro dal Ponte adı ilə də tanınan Bassano del Grappadan olan italyan rəssam. Adlarını şəhərlərinin adından götürən Yasopo Bassanonun üçüncü oğlu, Fransesko Bassanonun isə kiçik qardaşıdır. Leandro atasının emalatxanasında öz qardaşı ilə öyrənməyə başlamışdı, amma Fransesko Venesiyada sex açdıqdan sonra Leandro emalatxananı ələ keçirdi. Leandro atasının dini işlər ənənəsini davam etdirirdi, bununla yanaşı, o, yaxşı portret rəssamı kimi də tanınmışdı. 1575-ci ildə Leandro qardaşının Venesiyaya köçməsi ilə atasının əsas köməkçisi oldu. Leandronun emalatxanada işi davam etdirməsi atasının arzusu idi. Atasının ölümündən və qardaşı Franseskonun intiharından sonra Leanrdo Venesiyada emalatxananı ələ keçirdi. Orada o, Tintoretto üslubunda işləyərək uğurlu portretçi oldu. Leandro öz üslubunu təkmilləşdirirdi. Onun uğuru Venesiyada əhəmiyyətli dərəcədə artmışdı.
Besson (kommuna)
Besson (fr. Besson) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03026. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 797 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 511 nəfər (15-64 yaş) arasında 386 nəfər iqtisadi cəhətdən, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.5%, 1999-cu ildə 73.9%). Fəal olan 386 nəfərdən 361 nəfər (190 kişi və 171 qadın), 25 nəfər işsiz (8 kişi və 17 qadın) idi.
Felisiti Passon
Lyuk Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18 mart 1959[…], Paris) — Fransa rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər.
Lük Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18 mart 1959[…], Paris) — Fransa rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər.
Mixail Masson
Mixail Yevgeniyeviç Masson (21 noyabr (3 dekabr) 1897, Sankt-Peterburq – 2 oktyabr 1986, Daşkənd) — SSRİ arxeoloqu, pedaqoq, tarix elmləri doktoru, professor, Türkmənistan EA-nın akademiki. Mixail Masson 4 dekabr 1897-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, anası ilə bərabər Səmərqənd şəhərində yaşamışdı. Burada da kişi gimnaziyasını bitirmişdi. Mixail Masson 2 oktyabr 1986-cı ildə Daşkənd şəhərində vəfat edib. M. E. Massonun və V. M. Massonun arxeoloji qazıntılarının əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Onların apardıqları tədqiqatlar nəticəsində Türkmənistan, Özbəkistan və Cənubi Qazaxıstan ərazilərində erken orta əsrlərə aid çoxlu pullar, silahlar və başqa maddi mədəniyyət nümunələri aşkara çıxarılmış, həmin əsrlərdə yaşamış əhalinin Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri araşdırılmışdır. Qazaxıstan və Altayda erkən orta əsrlərə aid qədim abidələrin bir növü elmdə "balbal" adlanan daş kişi heykəlləridir. Eranın VIII–IX əsrlərinə aid bu heykəllər Altaydan Volqaboyuna qədər geniş bir ərazidə tapılmışdır. Tədqiqatçıların yekdil fıkri belədir ki, bu heykəllər türkdilli tayfalara aiddir və döyüşlərdə həlak olmuş igidlərin qəbirlərinin üzərinə qoyulmuş abidələrdir.
Congea
Congea (lat. Congea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Conyza
Xırdaləçək (lat. Erigeron) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Conyzoides Fabr. Panios Adans.
Costia
Costia (Willk.) — Süsən (lat. Iris) bitki cinsinin sinonimi. Costia (Willk.) — Ayrıqotu (lat. Agropyron) bitki cinsinin sinonimi.
Cynara
Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Montsa
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.
Sonora
Sonora (isp. Sonora), rəsmi adı ilə Sonora Azad və Suveren Ştatı (isp. Estado Libre y Soberano de Sonora) — Meksikanın ştatı. Ştat 72 inzibati vahiddən ibarətdir. Paytaxtı və ən böyük şəhəri Ermesilodur.
Pontia
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Acentra
Hybanthus (lat. Hybanthus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acentra Phil. Calceolaria Loefl. Clelandia J.M.Black Ionidium Vent.
Pearls of Passion
Pearls of Passion — Roxette qruppunun debut albomudur. 1997-də albomun bonus-treklər ilə yeni versiya çıxdı.
Suzan Basso
Suzan Marqaret Basso (15 may 1954, Skenektadi[d], Nyu-York ştatı – 5 fevral 2014, Hantsvill[d], Texas) — 1998-ci ilin avqustunda həyat siğortası pulu üçün öldürülən əqli qüsurlu Lui “Buddi” Mussonun işğəncə və qətlində mühakimə olunan 6 müttəhimdən biri olan amerikalı qadın. O, 1999-cu ilin oktyabrında ölüm hökmünə məhkum edildi. Basso 5 fevral 2014-cü ildə ölümcül inyeksiya ilə edam edildi. Edamından əvvəl Basso dövlətin ölüm sırasında olan qadın məhkumlarının hamısının həbs olunduğu yer olan Texas ştatının Qeytsvill şəhərindəki Mountain View şöbəsində saxlanıldı. Cinayət baş verən zaman Basso Texas ştatının Hasinto şəhərindəki Hyuston şəhərətrafı qəsəbəsində yaşayırdı. Buddi Musso əvvəllər evli idi və 1980-ci ildə xərçəngdən ölən həyat yoldaşı ilə bir oğlu var idi. 1997-ci ildə Musso Nyu-York şəhəri yaxınlığındakı Nyu-Cersi ştatında, Kliffsayd Parkda bir evdə yaşayırdı və “Shop-Rite” mağazasında çalışırdı. Musso 58 yaşında olarkən 43 yaşlı Suzan Basso ilə evinin yaxınlığındakı bir kilsənin bazarında tanış oldu. Onlar uzaq məsafəli münasibətə başladılar və o, Basso ilə Texas ştatına köçməyi planlaşdırdı. O, 14 iyun 1998-ci ildə Hyuston bölgəsinə köçdü.
Catra
Catra (sanskritcə hərəkət, səfər, səyahət, təntənəli nümayiş, bayram; sonralar– tamaşa) — xalq tamaşasının qədim növü, musiqi, nəğmə, rəqs və oyunlarla müşayiət olunan kütləvi gəzintilər. == Tarixi == 1-ci minilliyin sonu – 2-ci minilliyin əvvəlində yaranmışdır; ən çox Hindistanın şimal şərqində və Nepalda yayılmışdır. == Təsviri == Catra, əsasən, kortəbii, hər hansı ailə, icma şənlikləri və yaxud dini bayramlar zamanı təşkil olunur. Müxtəlif yerlərdə və istənilən vaxtlarda (məs., axşam vaxtı kəndin ortasında tonqal ətrafında) keçirilə, müxtəlif miqyasda (lokal-etnikdən ümummilliyədək) ola bilər. Catra Benqaliya və Orissada 15–16-cı əsrlərdə musiqili rəqs dramının (catraqan) mifoloji süjetləri əsasında teatrlaşdırılmış tamaşa kimi yaranmışdır. Açıq havada, şüvüllər üzərinə tarım çəkilmiş böyük örtük (aktyorlar və tamaşaçılar üçün) altında oynanılır. 18-ci əsrin sonlarından repertuarı xeyli genişlənmiş, ənənəvi Catra sənəti tədricən peşəkar sənətə çevrilmişdir.
Bakşon mədəniyyəti
Bakşon mədəniyyəti – Vyetnamda Neolit dövrünə (e.ə. 10 6-cı minilliklər) aid arxeoloji mədəniyyət. Abidələri Bakşon dağlarında aşkar olunduğu üçün belə adlandırılmışdır. Bakşon mədəniyyəti üçün kobud daş çapacaqlar, qaşovlar, tiyəsi qismən cilalanmış baltalar, kərkilər, mikrolitlər, üzərində novçaları olan və Bakşon nişanları adlandırılan uzunsov çınqıllar səciyyəvidir. Bakşon mədəniyyətinin erkən mərhələsində (e.ə. 10–8-ci minilliklər) yalnız mağara düşərgələri məlumdur. Bakşon mədəniyyətinin son mərhələsində (e.ə. 7–6-cı minilliklər) düzənliklərdə salınmış açıq yaşayış məskənləriŞ ştamplama və cızma naxışlı keramika, düz boğazı olan bardaqlar altlıqlı piyalələr, qulplu qədəhlər və s. meydana gəlir. Bakşon mədəniyyətinin Vyetnam ərazisində əkinçiliyin yaranması ilə bağlı olduğu ehtimal edilir.