Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/ , fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. == İstinadlar == == Xarici keçidlər == "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
General Della Rovere (film, 1959)
General Della Rovere (it. Il generale della Rovere) — 1959-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. == Xarici keçidlər == General Della Rovere — Internet Movie Database saytında.
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Comərd
Comərd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Comərd kəndi Kilsəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Comərd kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kəndin ərazisi XX əsrin əvvəllərinədək Ermənistanın Sisyan rayonundakı Comərdli kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr binə yerində məskunlaşaraq köhnə yaşayış məntəqəsinin adını yeni yaşayış məntəqəsinə vermişlər. Comərdli sözündəki -li komponenti düşmüşdür. Digər bir yerli məlumata görə - bu kəndin bünövrəsini Dərələyəzdən gələnlər qoymuşlar və öz keçmiş kəndlərinin adı ilə adlandırmışlar. Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə görə XV-XVI əsrlərdə Dərələyəzin Cani (Canlı) varlı bir çodar Qara Kilisə (indiki Sisiyan) rayonuna mal almağa gedib. Çox sayda iribuynuzlu mal alıb evinə qayıdarkən, bir oğlandan xahiş edir ki, bala mənə kömək et malları dağın o biri tərəfinə aparaq, sənə hörmət edərəm.
Çökərə
Çökərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 28 nəfərdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Çoqara kəndi Çökərə kəndi adlandırılmışdır.
Comərd qalası
Comərd qalası — VIII–IX əsrlərə aid Kəlbəcərin Comərd kəndində yerləşən qala. == Tarixi == Kəlbəcər rayonu ərazisində, rayonun ərazi etibarilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun üstündəki Comərd kəndindən xeyli yuxarıda, böyük bir qayanın üstündə qala inşa edilmişdir. Qalanın dəqiq inşa tarixi məlum deyil. Qalanın tikintisində yerli daşlardan istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == "Kəlbəcər rayonu abidələri". elvintravel.az. İstifadə tarixi: 12 avqust 2021. "Kəlbəcərin tarixi memarlıq abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 12 avqust 2021.
Comərd Əliyev
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Cömərd Otorbayev
Coomart Otorbayev (18 avqust 1955, Bişkek) — Fizika professoru; Qırğızıstanın baş naziri (25 mart 2014-cü ildən). Qırğızıstanın ilk prezidenti Əsgər Akayevin dövründə baş nazir müavini olub.
Qaragüney (Comərd)
Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub.
Comərd Gəray məscidi
Comərd Gəray məscidi və ya Gileyli məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvаnşаhlаr dövründə, sоnrа isə XIX əsrin ikinci yаrısındа. == Haqqında == Köhnə hissə хаçgünbəzli kоmpоzisiyа sistemini təşkil edir. Burаdа хаçın qоllаrı dərin qübbələrdir, künclərdə isə kiçik оtаqlаr yerləşir. Dəqiq prоpоrsiyаlı, memаrlıq elementləri və detаllаrı ilə prоfillənmiş və nахışlаnmış mehrаb, həcmli kütlələrinin sərtliyi və tektоnilliyi ilə fərqlənən ibаdət zаlının dахili interyerini zənginləşdirir. Məscidə əlаvə tikilmiş yeni hissə plаnlаşdırılmа sхеminin vəhdətini pоzmur, əksinə ibаdət zаlının rаhаtlıq imkаnlаrını genişləndirərək, qübbəli, tаclı və çаtmа fоrmаlı künbəzi dахili məkаnın fоrmаlаşmış memаrlıq mühitini təkrаrlаyаrаq, оnun kоmpоzisiyа strukturunа аyrılmаz surətdə dахil оlur. Burаdа аvrоpаsаyаğı memаrlıq üsullаrını ifаdə edən yeni fоrmаlаr tətbiq оlunub. Dаhа qаbаrıq şəkildə bu öz əksini fаsаdın quruluşundа tаpıb. == Qeydlər == == İstinadlar == == Mənbə == "Gileyli məscidi" (az.). icherisheher.gov.az.
Comərd Qəssab türbəsi
Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur. Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur. == Tarixi == === Comərd Qəssab === Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış.Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur. O düşmənlərin Gəncəyə hücumu zamanı şəhərin müdafiəsi zamanı şəhid olur.
Comərd demantoid təzahürü
== Yerləşməsi == Comərd kəndinin 2,5 km. şimal-qərbində yerləşir. == Ümumi məlumat == Sahənin şimal-şərq hissəsində qalınlığı 4-4,5 m. olan bazalt qatı aşkar edilib. Bu qat xırda qırıntılı konqlomerata keçən xırda qırıntılı qravelitlə təmsil olunur. Qırılma pozulmaları boyu sərt düşən çatlıq sistemləri aşkar edilib. Burada nazik xrizotil-asbest damarcıqları nəzərə çarpır. Damarcıqların eni 1,5 m, uzunluğu 1,5-2 m.-dir. Onların qalınlığı 0,5 sm.-dən 3 sm. arasında dəyişir.
Comərd Əliyev (memar)
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Qasım-Comərd Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. == Karyerası == === SSRİ === Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.