Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Creative Commons
Creative Commons (CC) — Amerika qeyri-kommersiya təşkilatı, təhsilə çıxışa və başqalarının qanuni şəkildə əsaslandırması və paylaşması üçün mövcud olan yaradıcı əsərlərin çeşidini genişləndirməyə həsr olunmuş beynəlxalq şəbəkə. Təşkilat Creative Commons lisenziyaları kimi tanınan bir neçə müəllif hüququ lisenziyasını ictimaiyyətə pulsuz olaraq təqdim edib. Bu lisenziyalar yaradıcı əsərlərin müəlliflərinə alıcıların və ya digər yaradıcıların xeyrinə hansı hüquqları qoruduqlarını və hansı hüquqlardan imtina etdiklərini bildirməyə imkan verir. Asan başa düşülən bir səhifəlik hüquqların izahı və əlaqəli vizual simvollar hər bir Creative Commons lisenziyasının xüsusiyyətlərini izah edir. Məzmun sahibləri müəllif hüquqlarını qorumağa davam edirlər, lakin Creative Commons lisenziyaları "bütün hüquqlar qorunur" adı altında zəruri olan müəllif hüququ sahibi (lisenziya verən) və lisenziyaçı arasında xüsusi hüquqlar üzrə fərdi danışıqları əvəz edən standart buraxılışlar verir. Təşkilat 2001-ci ildə Lovrens Lessiq, Hal Abelson və Erik Eldred tərəfindən İctimai Mülkiyyət Mərkəzinin dəstəyi ilə qurulub. Hal Plotkin tərəfindən yazılmış Creative Commons haqqında ümumi maraq doğuran nəşrdə ilk məqalə 2002-ci ilin fevralında dərc edilmişdir. Müəllif hüququ lisenziyalarının ilk toplusu 2002-ci ilin dekabrında buraxılmışdır. Lisenziyaları hazırlayan və hal-hazırkı Creative Commons infrastrukturunu quran təsisçi idarəetmə komandasına Molli Şaffer Van Hovlinq, Qlen Otis Brovn, Niru Paharia və Ben Adida daxildir.2002-ci ildə David Vayli tərəfindən 1998-ci ildə yaradılmış prekursor layihəsi olan Açıq Məzmun Layihəsi (ing. Open Content Project) Creative Commons-u davamçısı olaraq elan etdi və Vayli CC direktoru kimi ora qoşuldu.
Creative Computing
"Creative Computing" — ABŞ jurnalı. Bu, mikrokompüter inqilabını işıqlandıran ən erkən jurnallardan biri idi. 1974-cü ilin oktyabrından 1985-ci ilin dekabrına qədər nəşr olmuşdur."Ziff-Davis" 1983-cü ildə "Creative Computing"i satın almış və qeyri-jurnal fəaliyyətini dayandırmışdır. == Digər jurnallar == Şirkət müxtəlif vaxtlarda bir neçə başqa jurnal da nəşr etməyə başlamışdır, lakin bunların heç biri çox uğurlu olmamış və çox qısa nəşr dövrünə malik idilər. Bunların arasında "Small Business Computing", "Sync Magazine" və "Video and Arcade Games" var idi. == Aparat == Şirkət həmçinin, qısa müddətə "Peripherals Plus" brendi altında aparat satmışdır. Brendin əsas məhsulu "Apple II" üçün musiqi kartı idi, lakin plotter və bir neçə başqa məhsul satırdılar. "Ziff Davis" sonradan bu brendin fəaliyyətini dayandırmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Savetz, Kevin. "Dave Ahl and Betsy Ahl" (Müsahibə).
Creative Commons Lisenziyaları
Creative Commons (CC) — başqa şəkildə müəllif hüququ ilə qorunan "əsərin" azad yayımlanmasına icazə verən ictimai müəllif hüququ lisenziyalarından biri. CC lisenziyası müəllifin digər insanlara müəllifin yaratdığı əsəri paylaşmaq, istifadə etmək və onun əsasında yaratmaq hüququ vermək istədiyi zaman istifadə olunur. CC müəllifə çeviklik təmin edir (məsələn, müəyyən bir əsərin yalnız qeyri-kommersiya məqsədli istifadəsinə icazə verməyi seçmək olar) və müəllifin əsərindən istifadə edən və ya yenidən yayımlayanları müəllifin əsəri yayımladığı lisenziyada müəyyən edilmiş şərtlərə əməl etdikləri müddətcə müəllif hüquqlarının pozulması narahatlıqlardan qoruyur.CC lisenziyalarının bir neçə növü mövcuddur. Hər bir lisenziya yayımlanma şərtlərini müəyyən edən kombinasiyalar ilə fərqlənir. İlk dəfə ABŞ-ın 2001-ci ildə qurulan qeyri-kommersiya korporasiyası Creative Commons tərəfindən 16 dekabr 2002-ci ildə yayımlanmışdır. Lisenziyalar dəstinin 1.0-dan 4.0-a qədər nömrələnmiş beş versiyası da mövcuddur. 2013-cü ilin noyabrında yayımlanan 4.0 ən aktual olandır. Creative Commons lisenziyası ilkin olaraq Amerika hüquq sistemində əsaslandırılsa da, indi beynəlxalq qanunları özündə cəmləşdirən bir neçə Creative Commons yurisdiksiya portları mövcuddur. 2014-cü ilin oktyabr ayında Open Knowledge Foundation Creative Commons CC BY, CC BY-SA və CC0 lisenziyalarını məzmun və data üçün "Open Definition"-a uyğun olaraq təsdiqlədi. == Lisenziyalar == === Dörd hüquq === CC bütün "əsas hüquqlar"ı, məsələn qeyri-kommersiya məqsədləri üçün və heç bir dəyişiklik etmədən müəllif hüquqları ilə qorunan əsəri qlobal olaraq yayımlamaq hüququ verir.
Creation Club
Creation Club (azərb. "Yaradılış Klubu"‎) — "Bethesda Game Studios" tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" videooyunları üçün dizayn edilmiş mikroödəniş sistemi. Sistem ilk dəfə olaraq, 28 avqust 2017-ci il tarixində "Fallout 4" üçün buraxılmışdır. "Creation Club" "Bethesda"nın dəstəyi ilə fanlar tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" üçün yaradılan modları ehtiva edir. İstehsalçılar modlara böyük diqqət ayırırdı, bunun səbəbi "Creation Club"dakı modların ödənişli olması idi. "Creation Club"dakı modlar digər modlardan fərqli olaraq çox keyfiyyətlidir. == Qəbul == "Creation Club" oyunçular tərəfindən mənfi rəy almışdır. "Bethesda" eyni sistemi "The Elder Scrolls V: Skyrim"ə gətirmək istəyəndə oyunçular bu fikrə qarşı çıxmış, nəticədə layihə dayanmışdı. Oyunçuların bu fikri "ödənişli modlar" adlandırmasına baxmayaraq "Bethesda" adminstrasiyası bu sözlərin səhv olduğunu deyir və modları "məcburi olmayan, ancaq keyfiyyətli oyun əşyaları" olaraq qələmə verir. Buna baxmayaraq, erkən tənqidçilər həmin modların eyni dərəcədə keyfiyyətli versiyaların pulsuz şəkildə mövcud olduğunu vurğulamışdır.
Creation Engine
Creation Engine (azərb. "Yaradılma" mühərrik‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan oyun mühərriki. "Creation Engine" "The Elder Scrolls V: Skyrim" və "Fallout 4" kimi rol videooyunlarında istifadə edilmişdir. == İstehsal == "Creation Engine" "Bethesda Game Studios" tərəfindən hazırlanan təşkilatdaxili oyun mühərrikdir ("XnGine" "Bethesda"nın keçmiş təşkilatdaxili mühərrikidir). "The Elder Scrolls III: Morrowind", "The Elder Scrolls IV: Oblivion" və "Fallout 3" oyunlarını "Gamebryo" mühərriki ilə yaratdıqdan sonra, "Bethesda" "Gamebryo" qrafikalarının köhnəlmiş olduğuna və gələcək oyunları olan "The Elder Scrolls V: Skyrim" üçün yeni bir mühərrik üzərində işləməyə qərar vermişdir. Başqa bir şirkət tərəfindən ("Obsidian Entertainment") yaradıldığına görə, "Fallout: New Vegas" mühərrikindəki yeniləmələrin heç biri "Creation Engine"ə köçürülməmişdir. "Skyrim" yaradıldıqdan sonra, "Bethesda" mühərrikin qrafik mərkəzini inkişaf etməyə başladı. Yenilənmiş versiya "Fallout 4"-ü yaratmaqda istifadə edilmişdir. == İstifadə edən oyunlar == The Elder Scrolls V: Skyrim (2011) Fallout 4 (2015) == İstinadlar == == Xarici keçidlər == Robert Purçis. "TESV: Skyrim powered by Creation Engine" (ingilis).