Krossover (uydurma)
Krossover (ing. crossover) — bir çox müstəqil uydurma kainatın elementlərini və/yaxud personajlarını birləşdirən bədii əsər. Krossover və spin-off anlayışları qarışdırmamalıdır, spin-off əsas əsərin qəhrəmanlarının iştirak edə biləcəyi əlavə əsərə deyilir.
Ədəbiyyatda krossover iki və ya daha çox janrda yazılmış əsərdir (məsələn, fantastika detektivi, fantastika romanı, siyasi-məhəbbət trilleri).
== Nümunələr ==
"Frankenşteyn canavarla görüşür" (1943) adlı "Universal"ın klassik qorxu filmi iki hekayə xəttinin kəsişməsindən açıq şəkildə istifadə edən ilk müasir elmi-fantastik filmidir. "Qarağac küçəsində qarabasma" və "Cümə, ayın 13-ü" qorxu filmləri seriyasından olan iki manyak "Freddi Ceysona qarşı" filmində baş-başa gəlirlər, "Yabancı" və "Yırtıcı" ekşn-horror fantastika filmləri seriyasının yadplanetliləri isə "Yabancı Yırtıcıya qarşı" filmində qarşılaşırlar.