Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alan Blinder
Alan Stüart Blinder (/ˈblaɪndər/ , 14 oktyabr 1945, Bruklin, Nyu-York ştatı) — Prinston Universitetində amerikalı iqtisadiyyat professoru, Federal Ehtiyat Sisteminin 15-ci sədr müavini. IDEAS/RePEc-ə görə dünyanın ən nüfuzlu iqtisadçıları sırasındadır. Aparıcı makro iqtisadçı, siyasi liberal və Keynsçi iqtisadiyyat və siyasətlərin müdafiəçisidir.Binder 1993-cü ilin yanvarından 1994-cü ilin iyununadək Prezident Bill Klintonun İqtisadi Məsləhətçilər Şurasında və 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarınadək FED sədrinin müavini vəzifələrində çalışıb.Onun akademik fəaliyyəti xüsusilə pul siyasəti və mərkəzi bankçılıq və iş yerlərinin "offşorinqi" üzərində cəmlənmişdir. Onun yazıları The Wall Street Journal, həmçinin The New York Times və The Washington Post-da aylıq köşə yazılarında dərc olunub. 2007–2008-ci illərin maliyyə böhranı ilə bağlı Blinder iqtisadçı həmkarları üçün "Bu, burada baş verə bilər" və "Fırıldaqçılıq və fırıldağa yaxın hadisələr makroiqtisadi əhəmiyyət qazana bilər" daxil olmaqla on dərs çəkdi.
Ernst Linder
Ernst Linder (25 aprel 1868 – 14 sentyabr 1943) — İsveç Ordusunda 1887-ci ildən 1918-ci ilə qədər xidmət etmiş fin əsilli general. O, Finlandiya vətəndaş müharibəsində Botnik körfəzini Nyasiyarviyə birləşdirən Finlandiyanın qərb sahillərində fəaliyyət göstərən Satakunta və Savo hərbi qruplarına rəhbərlik edirdi. Linder ağların komandiri, marşal Qustav Mannerheymin dostu idi. Müharibədən sonra o, təqaüdə ayrıldığı 1920-ci ilə qədər süvari müfəttişi olaraq xidmət etdi. Linder 13 aprel 1918-ci ildə general-mayor, 1938-də general-leytenant və 1940-cı ildə qoşun generalı rütbəsinə yüksəldi.
Çilingər
Çilingər — metal emalı və ya metaldan hazırlanmış əşyaların təmiri ilə məşğul olan peşədir. İxtisaslaşmasından asılı olaraq müxtəlif peşə növləri mövcuddur. Məsələn, avtomobil, tikinti, gəmi, maşın, alət və s. sahələr üzrə çilingərlər fəaliyyət göstərirlər. Çilingərlik peşəsinə peşə ixtisas məktəblərində yiyələnmək olar. İxtisas səviyəssindən asılı olaraq çilingərlərə dərəcələr verilir. Çilingərlik peşəsi çox qədim tarixə malikdir. Hələ lap qədim zamanlarda insanlar metaldan işçi alətlər düzəldirdilər. Əvvəldə onların hamısı dəmirçi adlanırdılar. Dəmirçilər dəmir filizini əldə edir, onları qızdırır və zindanda döyərək müxtəlif metal əşyalar düzəldirdilər.
Çuləndər livası
Çavundur sancağı — Liva-i Çuləndər (Çuləndər livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məlikli kəndi 1728 ci ildə mövcud olmuş Çuləndər sancağını nahiyyəyələri göstərilmir/ Daha doğrusu Çavundur livası bir nahiyədən Çavundur nahiyəsi ibarət idi. Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu adı ilə bağlıdır.
Çuləndər sancağı
Çavundur sancağı — Liva-i Çuləndər (Çuləndər livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məlikli kəndi 1728 ci ildə mövcud olmuş Çuləndər sancağını nahiyyəyələri göstərilmir/ Daha doğrusu Çavundur livası bir nahiyədən Çavundur nahiyəsi ibarət idi. Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu adı ilə bağlıdır.