Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürəkburun
Kürəkburun (lat. Scaphirhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi. Şimali Amerikanın şirin sularında yaşayır.
Ördəkburun
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ. Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur.
Adi kürəkburun
Adi kürəkburun (lat. Scaphirhynchus platorynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Ağ kürəkburun
Ağ kürəkburun (lat. Scaphirhynchus albus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü. Həyat tərzinə görə adi kürəkburuna çox bənzəyir. Missisipi çayının hövzəsində rast gəlinir, adi kürəkburun isə əsasən Missuri çayının aşağı hissələrində yaşayır.
Ördəkburun çömçəxul
Ördəkburun çömçəxul (lat. Anatirostrum profundorum) — Xulkimilər fəsiləsinə daxil olan cins. Xəzər dənizinin endemik balığıdır. Əsasən dənizin cənubunda yayılmışdır. Adının bu cür olması bir ördəyin başına bəznər olması ilə xarakterizə olunur. Eyni adlı növə daxildir 1904-cü ildə 294 m dərinlikdə tutulmuşdur. Yalnızca bu növün sonrakı nümunələri əsasən İranın 50-100 m dərinlikdə olan sularından toplanmışdır.