Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmdəm (Xoy)
Dəmdəm (fars. دمدم‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (12 ailə).
Dərəzəm (Urmiya)
Dərəzəm (fars. درزم‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (26 ailə).
Ağayev Həmdəm
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Həmdəm Ağayev
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Kitabi-Dədəm Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər). "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". 2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Nüsxələr == Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir.
Demerec (maliyyə)
Demerec — müəyyən müddət ərzində valyutanın saxlanması və ya qorunması ilə bağlı xərcdir. Buna bəzən pulun kitab dəyəri də deyilir. Qızıl kimi əmtəə pulları üçün demerec qızılın saxlanması və qorunması xərcləridir. Kağız pullara münasibətdə o, valyuta ehtiyatları üçün möhür rüsumu kimi dövri vergi formasını ala bilər. Demerec bəzən bir-birini tamamlayan valyuta sistemləri kontekstində sərfəli xərc kimi təsvir edilir. == Nəzəriyyəsi == Demerec özəl əmtəə pullarının təbii xüsusiyyəti olsa da, pulun yığılmasının qarşısını almaq və kapitalın cəmiyyətdə daha səmərəli bölüşdürülməsinin qarşısını almaq üçün müxtəlif dövrlərdə qəsdən pul sistemlərinə daxil edilmişdir. Xüsusilə, uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün bu, xalis cari dəyər (NPV) hesablamalarının dinamikasına təsir göstərir. Valyuta sistemindəki demurrasiya uçot dərəcələrini azaldır və beləliklə, uzunmüddətli investisiyaların cari dəyərini artırır və beləliklə, bu cür investisiyalar üçün stimul yaradır. İnflyasiyadan fərqli olaraq, demurraj yalnız saxlanılan valyutanın dəyərini tədricən azaldır: o, inflyasiyaya qarşı saxlanılan valyutaya mənfi faiz (vergi) kimi fəaliyyət göstərir, bu da əmanət və ya pensiya fondlarının dəyərini azaldır və İQİ-ni artırır. Müsbət faiz dərəcəsi subsidiyadır.
Atama deyərəm (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. == Atama deyərəm == === Məzmun === Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov === Rollarda === Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl === Xarici keçidlər === Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine == Çətin yol == === Məzmun === === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq === Xarici keçidlər === YouTubeda izlə == Əlamət == === Məzmun === Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq === Xarici keçidlər === YouTubeda izlə == Əziz dost == === Məzmun === Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor === Xarici keçidlər === Vimeo-da izlə == Hesab == === Məzmun === Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Və bircə kəlmə də demədi
'bircə kəlmə də demədi — alman yazıçısı Haynrix Böll tərəfindən 1953-cü ildə qələmə alınmış bir romandır və əsasən kasıb, çoxuşaqlı Fred və Kete Boqner cütlüyünün müharibədən sonrakı həyatının təsviri və eləcə də kilsə mövzusu üzərinə qurulmuşdur. Əsəri Azərbaycan dilinə 2017-ci ildə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirmişdir. Bu romana görə Böll çox sayda yerli və xarici mükafatlara layiq görülür, bunlardan biri də Alman Tənqidçilər Birliyinin Ədəbiyyat Mükafatıdır. Hans Verner Rixter (47-lər dərnəyi) "Və bircə kəlmə də demədi" romanını "müharibədən sonra yazılmış ən yaxşı kitab" kimi səciyyələndirib. Kitab oxucular arasında da böyük rəğbətlə qarşılanıb. 1953-cu ilin sonuna kimi müxtəlif tirajlarla kitabın 17.000 nüsxəsi satışa çıxarılıb. == Məzmun == Romanın baş qəhrəmanları Fred və Kete Boqner cütlüyüdür. Fred artıq iki aydır ki, öz ailəsi ilə yaşamır, çünki o, bir otaqlı evdə yaşamağa dözə bilmir. Əsərdə təsvir edilən hadisələr sadəcə bir neçə gün ərzində cərəyan edir. “...