Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmyəli
Həmyəli — Şamaxı rayonunda, Pirsaat çayının sahilindəki Çabanı yaylasında yerləşən kənd. == Tarixi == Həmyəli kəndi Şamaxı rayonunun dağlıq hissəsində, Pirsaat çayının üst hissəsindəki Çabanı yaylasında yerləşir. Kəndin əvvəlki adı "Ərəb Həmyə" olmuşdur. Qədim dövrlərdə, yaşayış məntəqəsi bura köçürülmüş ərəb tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisi 1102 nəfərdir (2009).
Dəmyələr nekropolu
Dəmyələr nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir. Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.