Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəqiqləşdirici
Dəqiqləşdirici (ing. qualifier) — verilmiş dəyişənin fəaliyyət sahəsinin yerləşdiyi modulun və ya obyektin adını dəqiqləşdirmək üçün dəyişənin adına əlavə olunan önşəkilçi. Adların toqquşmasının (üst-üstə düşməsinin) qarşısını alır və proqramın oxunaqlılığını yüksəldir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nuri Sərinləndirici
Nuri Sərinləndirici və ya əsl adı ilə Vüqar Nuriyev (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. == Həyatı == Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub. Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar. 2017-ci ilin aprel ayında Dominikanda duet ortağı Jane Şirokih ilə ailə həyatı qurub. == Karyerası == Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub.