Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəvədabanı
Dəvədabanı (lat. Tussilago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Təsviri və ekologiyası == Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan Muxtar Respublikası, Şabran və s. dağ və dağətəyi yerlərdə bitir. Yazın əvvəllərində hələ qar əriməmiş çiçəkləməyə başlayır. Mart-aprel aylarında çiçəkləyir, meyvələr isə may-iyun aylarında yetişir. Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Yarpaqlar yayın əvvəllərində və yayın axırlarında toplanır. Çiçəklər tam açdıqdan sonra toplanır.
Adi dəvədabanı
Adi dəvədabanı (lat. Tussilago farfara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dəvədabanı cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü çiçəkləyən zaman 3–15 sm, meyvə verən zaman isə 33 sm-ə qədər, gövdəsi adətən çoxsaylı olan çoxillik ot bitkisidir. Kökümsovu oduncaqlaşmış, uzun və sürünəndir. Gövdəsi sadə, keçəvari-tüklüdür, xırda sarı çiçəkləri birləşərək səbətcik əmələ gətirir, yarpaqları pulcuqlu, uzunsov-lansetvari, adətən qonur-bənövşəyi rəngdədir. Kökyanı yaşıl yay yarpaqları uzun saplaqlı, yuvarlaqürəkvari, qalın, dərivari, kənarları iti dişdişli, yuvarlaq ürəkvari, üstdən tünd yaşıl, arxadan ağımtıl-keçəvari tüklüdür. Səbətləri tək-tək, silindrik, 8–11 mm enində, dilcikləri çoxsaylı, dar, çox vaxt sapvari, sarğıdan biraz uzundur; boruvari çiçəkləri ikicinsli, toxumsuzdırlar. Toxumcalar 3–4 mm uzunluqda, silindvari, qabırğalı, çılpaq; kəkili ağ, toxumcadan 2–3 dəfə uzundur. Gövdə yarpaqları ensizdir, gövdəyə doğru qısılmışdır, pulcuqşəkilli, uzunsov-neştərvari, sivritəhər və adətən tündqırmızı rəngə boyanmışdır. Kökətrafı yarpaqları çiçəkləmənin sonunda əmələ gəlir, iri, uzun saplaqlı, dəyirmi-ürəkşəkilli, bərk, qalın dərilidir, qaidə hissəsi enli-oyuqludur, zəif barmaqvari-bölümlü və ya qeyri-bərabər kələ-kötür oyuqlu-dişlidir, üst tərəfdən yaşıl, demək olar ki, çılpaqdır, alt tərəfdən yumşaq ağ keçə-tüklüdür.