Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bul dəyişəni
Bul dəyişəni– kompüter proqramında: mümkün iki qiymətdən birini alan dəyişən. Kəmiyyətlərin müqayisəsinin nəticələrini hər dəfə yadda saxlamaq lazım gəldikdə Bul dəyişənləri çox faydalı olur. Bul ifadəsi– iki Bul qiymətindən (doğru – true və yalan – false) birini verən ifadə; bəzən məntiqi və ya şərti ifadə də deyilir. Belə ifadələrin tərkibinə < (kiçikdir) və > (böyükdür) kimi nisbət operatorlarının istifadə olunduğu müqayisələr və Bul ifadələrinin məntiqi kombinasiyaları daxil ola bilər. Bul məntiqi– məntiqi qiymətlərin (“doğru”, “yalan”) emalı ilə bağlı olan anlayış. Bir çox proqramlaşdırma dilləri qabaqcadan “doğru” və “yalan” qiymətlərini təyin etməklə Bul verilənlərindən istifadə edir; başqa dillərdə isə Bul qiymətləri tam ədədlər vasitəsilə təyin olunur ki, bu zaman, adətən, (həmişə yox) “0” “yalan” qiymətinə, “0 deyil” isə “doğru” qiymətinə bərabər tutulur. Bul axtarışı – verilənlər bazasında Bul operatorlarından istifadə etməklə axtarışdır. \ == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nüsxə dəyişəni
Nüsxə dəyişəni (ing. instance variable, rus. переменная экземпляра, türk. örnek değişkeni) — obyekt-yönlü proqramlaşdırmada: sinfin nüsxəsi ilə bağlı olan dəyişən. Əgər sinif hər hansı dəyişəni təyin edirsə, onda bu sinfin hər bir nüsxəsi həmin dəyişənin özəl nüsxəsinə malik olur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.