Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəyişmə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.
Deyişmə
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır. Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.