Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşdibi (Germi)
Daşdibi (fars. داشديبي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (16 ailə).
Xəzər ağdişi
Xəzər ağdişi (lat. Crocidura caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Azərbaycan və İran ərazilərində yayılmışdır. Daha çox Xəzər dənizinin sahil ərazilərində müşahidə edilir.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Konan Dağıdıcı
Dağıdıcı Konan (ing. Conan the Destroyer) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion Pictures və Metro-Goldwyn-Mayer kimi film istehsal edən məşhur kompaniyalar distribütorlik etmişdir. Film Robert İrvin Hovardın "Barbar Konan" əsəri əsasında çəkilmişdir. == Məzmun == Baş verən hadisələr «Barbar Konan» hekayəsinin ardını davam etdirir. Konan və onun köməkçisi oğru olan Malek, Şadizaranın kraliçası Taramisin himayədarlığı altına keçirlər. Taramis Konanı Şahzadə Cennanı və onun cangüdəni Bombaatanı qorumaq üçün vəzifələndirir. Kraliça onları sehrli kristal və Daqotun buynuzunu axtarmaq üçün göndərir. Bunun əvəzində isə Taramis Konanın sevgilisi Valeriyanı yenidən həyata qaytaracaqdır.
Qasıq dağcığı
Qasıq dağcığı (lat. mons pubis, Veneris — BNA) — qasıq bitişməsi nahiyəsində olan hündürlüyə deyilir. Qadınlarda bu hündürlük üçbucaq şəklindədir. Bu üçbucağın əsası yuxarı, zirvəsi isə aşağı baxır. Yuxarıdan qasıq şırımı (lat. sulcus pubis) yantərəflərdən isə çanaq-bud şırımı (lat. sulcus pelvicofemoralis) vasitəsilə əhatə olunmuşdur. Qasıq dağcığında dərialtı piy təbəqə yaxşı inkişaf etmiş, qalınlığı 2-3 sm-ə çatır. Kök qadınlarda isə 5-8 sm-ə çata bilir. Buradakı piy təbəqəsi birləşdirici toxuma arakəsmələri ilə paycıqlara bölünmüşdür.
Zireh dağıdıcı mərmi
Zireh dağıdıcı mərmi istənilən zirehə nüfuz etmək üçün hazırlanmış mərmidir. 20 mm-dən kiçik AP mərmiləri tipik olaraq zireh deşən sursat adlanır və bronjilet, güllə keçirməyən şüşə və yüngül zirehli maşınlar kimi yüngül zirehli hədəflər üçün nəzərdə tutulub.
Atom bombalarının dağıdıcı təsirləri
Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə subatom zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insan bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır. Bütün dünya İkinci Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb. Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq. Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35% –işıq şüalanmasının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% – nüfuzedici radiasiyanın və 1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur. == Partlayış anı == Bir atom bombasının Xerosima və Naqasakidə olduğu kimi 2.000 metr yüksəklikdə partladığını fərz edək. İlk nüvəni parçalayan neytron kütlə daxilində zəncirvari reaksiyalar meydana gəlir.
Dağıdıcı Konan (film, 1984)
Dağıdıcı Konan (ing. Conan the Destroyer) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion Pictures və Metro-Goldwyn-Mayer kimi film istehsal edən məşhur kompaniyalar distribütorlik etmişdir. Film Robert İrvin Hovardın "Barbar Konan" əsəri əsasında çəkilmişdir. == Məzmun == Baş verən hadisələr «Barbar Konan» hekayəsinin ardını davam etdirir. Konan və onun köməkçisi oğru olan Malek, Şadizaranın kraliçası Taramisin himayədarlığı altına keçirlər. Taramis Konanı Şahzadə Cennanı və onun cangüdəni Bombaatanı qorumaq üçün vəzifələndirir. Kraliça onları sehrli kristal və Daqotun buynuzunu axtarmaq üçün göndərir. Bunun əvəzində isə Taramis Konanın sevgilisi Valeriyanı yenidən həyata qaytaracaqdır.
Dağıdıcı Ralf (cizgi filmi, 2012)
Dağıdıcı Ralf (ing. Wreck-It Ralph) — "Walt Disney Animasiya Studiyası" tərəfindən istehsal olunmuş 2012-ci il animasiya filmi. Riç Murun rejissorluğu və Klark Spenserin prodüserliyi ilə çəkilmiş olan film "Disney"in 52-ci animasiya filmidir. Filmdə videooyunda pis adam kimi rol alan və buna etiraz edib qəhrəman olmaq istəyən oyun personajından bəhs edilir. "Dağıdıcı Ralf" filminin premyerası 2012-ci il oktyabrın 29-da Los-Ancelesdəki "El Kapitan Teatrında" baş tutub, qlobal olaraq 2 noyabr tarixində yayımlanıb. $165 milyon dollarlıq büdcə ilə çəkilmiş film dünya miqyasında $496 milyon dollardan çox gəlir əldə edib. Film "Enni" mükafatına layiq görülüb, bundan əlavə "Oskar" və "Qızıl Qlobus" mükafatına namizədlik qazanıb. Filmin davamı "Ralph Breaks the Internet" 21 noyabr 2018-ci ildə işıq üzü görüb.