Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağtərxunu
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Adi dağtərxunu
Adi dağtərxunu (lat. Tanacetum vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Botaniki özəllikləri == Dağtərxunu çoxillik ot bitkisidir. Avroasiya tipli areala malikdir. İyunun axırından başlayaraq sentyabra qədər çiçəkləyən bu bitki Arktikadan başqa bütün Rusiya torpaqlarında bitir. Rusiyada 27 növü mövcuddur. Əslində isə dağtərxununun vətəni Almaniyadır. Rusiyaya isə o Polşa torpaqlarından gətirilib, sözün polyak dilində mənası “muskus”dur. Dağtərxunu Rusiya və Ukraynada tədarük olunur. Digər növləri Azərbaycanda da var.
Minyarpaq dağtərxunu
Minyarpaq dağtərxunu (lat. Tanacetum millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Anthemis millefolia L. Anthemis millefoliata Pall. Chrysanthemum millefoliatum L. Matricaria millefoliata Desr. Pyrethrum millefoliatum Willd. Tanacetum tauricum Sch.Bip.
Azərbaycan dağtərxunu
Azərbaycan dağtərxunu (lat. Tanacetum azerbaidjanicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tanacetum polycephalum subsp.
Dağtərxunu cinsinin növləri