Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşarası (Xudafərin)
Daşarası (fars. داش اراسي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Daşarası kabab
Daşarası kabab — Azərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü. Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.
Kris Kasamasa
Kris Kasamasa (ing. Chris Casamassa; 17 yanvar 1965 və ya 17 yanvar 1963) — Amerikalı aktyor və döyüş sənətləri ustasıdır. Kris Kasamasa 17 yanvar 1963-cü ildə Pensilvaniya ştatında anadan olmuşdur. Atası Luis Kasamasa karate müəlimidir. Atasının "Qırmızı Əjdaha" adlı məktəbi vardır. Kris 4 yaşında idmanla məşğul olur və sonda Qara kəmər qazanır. 1992-ci ildən etibarən idmandan ayrılmışdır. 1995-ci ildə Ölümcül döyüş filmində "Skorpion" personajı ilə məşhur olmuşdur.