Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dariyan
Dariyan — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,926 nəfər və 2,558 ailədən ibarət idi.
Diryan
Diryan və ya Dıryan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Gəgiran inzibati ərazi vahidində kənd. == Toponimiyası == Diryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən hesab olunur. Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində "iki kənd arasında" mənasını verdiyini qeyd edirlər. Musarza Mirzəyev Diryanın talışca Deron, "deği ron" sözündən yaranıb "Değə gedən yollar" (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır) və eyni zamanda "iki yol" mənalarını verdiyini yazır. İshaq Axundov toponimin mənasını "iki cığır arası" kimi izah edir. "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında yazılır: "Oykonimin düzgün yazılışı "Düruon" olmalıdır. Toponim talış dilindəki dü "iki", ru "çay" sözlərindən və cəmlik bildirən "on" şəkilçisindən ibarətdir (ikiçayarası kəndi)".
Vaaqn Dadryan
Vaaqn Norayr Dadryan (erm. Վահագն Տատրեան, ing. Vahakn Norair Dadrian; 26 may 1926, Konstantinopol – 2 avqust 2019) — erməni əsilli ABŞ sosiologiya professoru. O, Erməni soyqırımı məsələsi üzrə ekspertdir. Vaaqn Norayr Dadryan Erməni soyqırımı məsələsi üzrə ekspertdir. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur. Tomas de Vaal Dadryanın tədqiqatının siyasi gündəmdən irəli gəldiyini bildirir və qeyd edir ki, Dadryan 1964-cü ildə "The New York Times" qəzetinə yazdığı məktubda soruşur: "Ermənilərin Türkiyənin öz sakinlərini qırğından sonra mənimsədiyi öz ata-baba torpaqlarını geri almaq hüququ hansı əsaslarla rədd edilə bilər?" 1970-ci illərdə o, soyqırımın müqayisəli tədqiqatının yaradılmasında iştirak etmişdir. Vaaqn Dadryan 2 avqust 2019-cu ildə, 93 yaşında vəfat etmişdir. Onun ölümündən sonra Ermənistan Prezidenti Armen Sarkisyan Dadryanın ailəsinə və yaxınlarına başsağlığı məktubu göndərmişdir. Dadryan 1991-ci ildə cinsi qısnama iddiaları ilə əlaqədar Geneseo Dövlət Kollecindəki vəzifəsindən qovulmuşdur.
Diryan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dıryan