Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darboğaz
Darboğaz — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kənd 1913-cü ildə salınmışdır. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 50 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 246 nəfər daimi əhali yaşayır.
Müşfiq Darbazlı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, "Qızıl Qələm" mükafatı laureatı. http://zim.az/uploads/posts/2015-10/1445956879_musfiq-1-zim.jpg == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib.