Alıuşağı
Alıuşağı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Əliuşağı kəndi Zazalı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliuşağı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
== Toponimikası ==
Yerli əhali kəndin adını Alıuşağı kimi tələffüz edir və həmin formada da işlədir. Oykonim alıuşağı nəslinin adını əks etdirir, etnotoponimdir.
== Coğrafiyası və iqlimi ==
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
== Əhalisi ==
Əhalisinin sayı 1799 nəfərdir.