Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cacıqlı qayaüstü təsvirləri
== Çaçıqlı qayaüstü təsvirləri == Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Onlar Gəmiqaya petroqliflərində oduğu kimi insan, heyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. heyvan təsvirləri keçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti keçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çoxu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müxtəlif işarələrlə, damğalarla birlikdə verilmişdir. Aşkar olunmuş belə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ keçisi və tısbağa təsvir olunaraq insanların dini-ideoloji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə heyvan və astral rəsmləri ilə birlikdə verilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda keçi, onun arxasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür kmədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir.
Gəmiqaya qayaüstü təsvirləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.
Qarakilsə qayaüstü təsvirləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid. Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. Zəngəzur Göyçə Basarkeçər Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Soyuqbulaq qayaüstü təsvirləri
Soyuqbulaq petroqlifləri — Loru mahalının Vorontsovka (03.03.1935-dən Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir. Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşamışdır. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşdür. Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orhon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir. Əhməd Oğuz.
Nal dərəsi qayaüstü təsvirləri
Nal dərəsi qayaüstü təsvirləri — Bu təsvirlər 2016-ci ildə Culfa rayonun Gülüstan kəndi ərazisində, Nal dərəsində tərəfimizdən qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Gəmiqaya təsvirləri kimi onlar da çızma və döymə üsulu ilə, sxematik xarakterdə, müyyən süjetdə çəkilmişlər. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən istifadə edilmişdir. Bundan başqa nöqtə, sxemaktik xarakterli işarələr də çəkilmişdir. Gəmiqaya təsvirlərində olduğu kimi orada da müəyyən süjetlər əks olunmuşdur. Qayaüstü təsvirlərdə insanların dini ideoloji görüşləri ilə yanaşı qədim türk mədəniyyətinə aid elementlərin müşahidə edilməsi, onların bənzərlərinin türk damğaları içərisində olması Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu, bu bölgənin tarixən prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edən yeni elmi faktlardandır.Abidə e.ə II-I minilliklərə aiddir.
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.