Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deşdahat
Deşdahat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Toponimikası == Deşdahat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini vaxtilə Böyük "at (indiki Hat) kəndindən ayrılmış ailələr Dəşt adlanan yerdə saldığına görə belə adlandırılmışdır. Oykonim dəşt (İran dillərində "çöl") və Hat (toponim) komponentlərindən düzəlmiş bu coğrafi ad "çöldə yerləşən Hat kəndi" mənasındadır. Dəştəhat variantında da qeydə alınmışdrr.
Dəryavar
Dəryavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəryavar Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhali oykonimi Dərəyəvo kimi tələffüz edir, XIX əsrə aid ədəbiyyatda isə kəndin adı Dəriki formasında qeydə alınmışdır. Tədqiqatçılara görə, kəndin adı Talış zonasında Xlll əsrdən məlum olan qədim Drik mahalının adından, -yə birləşdirici hissəsindən və var (yer, məskən) sözlərindən ibarət olub, "Drik mahalından gələnlərin məskəni" mənasındadır. Kəndin ilk sakinləri də elə Drik mahalından köçüb gəlmiş ailələr olmuşlar.