Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cucumis deliciosus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Rubus deliciosus
Rubus deliciosus (lat. Rubus deliciosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Lactarius deliciosus
Lactarius deliciosus (lat. Lactarius deliciosus) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin russulales dəstəsinin russulaceae fəsiləsinin lactarius cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 3-10sm cavan dövründə qabarıq, sonradan səthi qıfvari çökmüş, narıncı, sarı-narıncı, hamar, zəif selikli, konsentrik zonalıdır. Lövhələr sarımtıl-narıncı, sıx, qovuşan və ya ayaqcığa doğru bir qədər sürüşəndir. Lövhəciyə toxunduqda çıxan süd şirəsi şirintəhərdir, rəngi narıncı, havanın təsirindən yaşıllaşandır. Ayaqcıq 2-8 x 2-2,5 sm silindrik, içiboş, papaqcıq ilə həmrəngdir. Yüksək keyfiyyətli yeməli göbələkdir.