Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Torpağın deqradasiyası
Torpağın deqradasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir. Torpaq üzərindəki istənilən dəyişiklik və ya ekoloji pozuntu ziyanlı və ya istənməyən olaraq dəyərləndirilir. Təbii təhlükələr bir səbəb olaraq dəyərləndirilmir, lakin insan fəaliyyəti sel və ya meşə yanğınları kimi təbii təhlükələrə dolayı yollarla səbəb ola bilər. Bu məsələ torpaq deqradasiyasının kənd təsərrüfatı, məhsuldarlıq, mühit və onun qida təhlükəsizliyi üzərində təsirləri səbəbindən 21-ci əsrin mühüm mövzusu seçilib. Dünyanın 40% kənd təsərrüfatı torpaqlarının ciddi şəkildə deqradasiyaya uğradığı təxmin edilir. == Ölçmə üsulları == Torpağın deqradasiyasına və onun mühitə təsirini müşahidə etməyin dörd əsas yolu var: Torpağın məhsuldarlıq tutumunun müvəqqəti və ya daimi azalması. Bu hadisə biokütlənin itkisi, potensiyal və ya həqiqi məhsuldarlığın itkisi, torpaq zülallarında, vegetativ örtükdə itki və ya dəyişikliyin müşahidə edilməsi hadisəsinin vasitəsilə qeydə alına bilər İnsan məskənlərini resursla təmin etmək üçün torpağın tutumu üzərində müvafiq əməliyyatlar yerinə yetirmək. Bu torpağın əvvəlki istifadəsinin ana xəttindən hesablana bilər. Biomüxtəlifliyin azalması – ekosistem mürəkkəbliyinin və ya növlərin müxtəlifliyinin azalması. Bu mühit keyfiyyətinin düşməyi deməkdir.
Deqazasiya üsulları və onların xarakteristikası
Deqazasiya kimyəvi, fiziki-kimyəvi və fiziki üsullarla aparıla bilər. === Kimyəvi üsul === Deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindən maddələrlə kimyəvi əlaqələrə qoşulmasına əsaslanır. Nəticədə geyri-toksik birləşmələr əldə olur. Deqazasiyanın bu üsulu zəhərlənmiş yerlərin deqazasiya məhlulları (suspenziya) yaxud DTS OK (xlorlu əhənq) ilə təmizlənməsi vasitəsilə əldə edilir. Bu üsulla deqazasiya zamanı xüsusi maşınların da deqazasiya maddələrində isladılmış fırçalar istifadə olunur. Zəhərlənmiş gurguların xüsüsən də ağac, dəri, toxuma əşyaları yuxarıdaki istiqamətdə silib təmizləyir. Zəhərləyici maddənin növu müəyyən edilməmiş sə, zəhərlənmiş obyektləri əvvəlcədən 1 №-li deqazasiya məhlulu ilə təmizləyir, sonra isə 2-aş, (2bş) -№ li deqazasiya məhlulundan istifadə edirlər. Zəhərli maddənin növü müəyyən ediliubsə, bu zoman, iprit, V -qazı tipli zəhərləyici maddələri, 1 №-li deqazasiya məhlulundan, soman tipli ZM-lə zəhərləmədən 2-aş (2-bş) №-li deqazasiya məhluldan istifadə olunmaqla deqazasiya edirlər. 1 №-li deqazasiya məhlulundan istifadə edildikdə reaksiyanın turşulu məhlulları və bu məhlulları artıcı metal səthlərin güclü korrosiyasına səbəb olur. Məhz buna görə bu məhluldan istifadə zamanı təmizlənmiş metal səthlər 2 №-li deqazasiya məhlulu ilə silimməli, sonra təmizlənib yağlanmalıdır.