Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Destructoid
"Destructoid" — bloq tipli ABŞ videooyun veb saytı. 2006-cı ilin martında Yaner Qonsales tərəfindən təsis edilmişdir. Sayt "Enthusiast Gaming" şəbəkəsinin bir hissəsidir. == Mükafatlar == "Destructoid" bir neçə dəfə videooyun sənayesi mükafatlarına namizəd olmuşdur. 2007-ci ildə sayt "Qeyri-kommersiya saytları və ya bloqlar" kateqoriyasında "Games Media Awards" mükafatına namizəd olmuşdur. "Destructoid" 2009-cu ildə Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyası tərəfindən "Kompüter oyunları ilə bağlı saytlar" kateqoriyasında namizəd göstərilmişdir.