Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dildönməz
Dildönməz və ya Diltərpənməz — Azərbaycan aşıq şeirinin nisbətən az işlənən növlərindən biri. Dilin ağız boşluğunda dönməsinə səbəb olan «l» və «r» samitlərinin işlənmədiyi sözlərdən qurulan gəraylı, qoşma və təcnislərə verilən ad. Məsələ burasındadır ki, Azərbaycan türkcəsinə məxsus olan sözlərin böyük əksəriyyətinin tərkibində «l» və «r» samitləri iştirak edir. Bu səbəbdən də dildönməz üstündə olan şeir şəkillərini yaratmaq olduqca çətindir. Dilin tərpənməsini tələb edən hərflərin mümkün qədər az işlənməsi prinsipi əsasında yaranır. Gəraylı kimi misraları səkkiz hecalı olur. Bütün şeir çox vaxt 3, ya 5 bənddə qoşulur.