Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diletantlıq
Diletantlıq — hər hansı fəaliyyətlə məşğuliyyət, məsələn, elm, sənət (incəsənət) kimi sahələrdə lazımı biliklərsiz və peşəkar hazırlıqsız. Müasir anlamada həvəskar öz məşğuliyyətlərinin predmeti haqqında dərin biliklərə malik olmama kimi anlamaya əsas verir. Bir qayda olaraq, bu biliklərin miqyasını şəxsi təcrübəylə məhdudlaşdıran insan və ya hansını ki, bir şey barəsində həmin insan səthi biliklərə malikdir. Müəyyən müvəffəqiyyətlərə nail olan məşhurlar vardır. Bunlar inşaatda və texnikada İvan Kulibin, fizikada və kimyada Maykl Faradey, tarixdə, coğrafiyada və iqtisadiyyatda Vasili Tatişevdir. Həvəskar-mexaniklərin fəaliyyətinin tipik nümunəsi — əbədi mühərrikin qurmaq cədidir: elmi cəhətdən sübut edilmiş və hamıya məlumdur ki, bu qeyri-mümkündür, ancaq belə cəhdlər hələ də davam edir.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.