Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.
Polygonum davisiae
Polygonum davisiae (lat. Polygonum davisiae) — qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü.
Segunda División
Segunda División — İspaniyada La Liqadan sonra ikinci peşəkar futbol liqasıdır. Bu liqanı ilk 3 sırada bitirən komandalar La Liqaya qalxır, La Liqanı son 3 yerdə bitirən komandalar isə Segunda Divisióna düşür. 1929-cu ildə yaradılmış bu liqada hal-hazırda 22 klub mübarizə aparır. == Klublar == Cari mövsümdə Liqada 22 komanda çıxış edir, o cümlədən mövsüm 2022-23 - dən ilk 15 komanda, üçü La Liga 2022-23 - dən düşdü və dördü nümunə 2022-23 - dən yüksəldi. Elche, Espanyol və Real Valyadolid FK La Liga, Amorebieta, Racing Ferrol birbaşa yüksəldildi, Alcorcon və Eldens qazandı promo playoff. == Tarixi == Bu çempionat 1929-cu ildə İspaniya Futbol Federasiyası tərəfindən yaradılıb. 1963-cü ildə bəri bu liqa LFP'yə məxsusdur. 16 avqust 2006 tarixində LFP ilə BBVA bankı arasında bağlanmış müqavilədən sonra Segunda División Liga BBVA olaraq adlandırıldı. 4 iyun 2008-ci ildə isə yeni sponsorla bağlanmış müqavilədən sonra liqa Liga Adelante adını alır. 2016-cı ildə La Liga 123, 2019-cu ildə La Liga Smartbank və 2023-cü ildə LaLiga Hypermotion adından istifadə etdi.
Segunda División 1929
Segunda División 1929 — liqanın ilk mövsümüdür. Bu mövsümdə 10 komanda iştirak etmişdir. Heç bir komanda Primera Divisióna qalxa bilməsə də, Celta və Racing de Madrid Tercera Divisióna düşür.
Segunda División B
İspaniya üçüncü futbol divizionu yaxud Segunda División B — Bu divizionda 80 komanda mübarizə aparır. Bu komandalardan ilk 4-ü 2-ci diviziona (Segunda División) yüksəlmək şansı əldə edir. Son 17 komanda (16-sı birbaşa) isə 4-cü diviziona (Tercera División) düşür. 2021-ci ildə Sequnda B-ni Primera RFEF əvəz etdi.