Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dizyunksiya
Dizyunksiya (lat. disjunctio — rabitəsizlik) — "və ya" məntiq bağlayıcısının köməyi ilə iki fikrin birləşməsindən mürəkkəb bir fikir əmələ gətirən məntiqi əməliyyatdır. Rəmzi yazılışı belədir: A V B (belə oxunur; A və ya B). Klassik riyazi məntiqdə dizyunksiyanın iki növünü - qeyri-ciddi (birləşdirici) və ciddini (ayırıcı) fərqləndirirlər. Qeyri-ciddi dizyunksiya mürəkkəb fikri yaradır. Bu da o zaman həqiqi ola bilər ki, ona daxil olan fikirlərin heç olmasa biri həqiqi olsun və o zaman yalan ola bilər ki, ona daxil olan bütün fikirlər yalan olsun. Ciddi dizyunksiya üzvlərindən yalnız biri həqiqi olduqda həqiqi olan mürəkkəb fikir əmələ gətirir.
Erektil disfunksiya
Erektil disfunksiya — cinsi fəaliyyətə kifayət qədər əngəl olan, həm başlanmasında, həm də davamında qalıcı cinsi zəiflikdir. Erektil disfunksiya termini 1992-ci ildə Beynəlxalq sağlamlıq təşkilatı tərəfindən verilmişdir. O vaxta qədər bu termin impotensiya olaraq adlandırılırdı. İmpotensiya sözü insanlara psixoloji təsir etdiyi və cinsi funksiya pozğunluqlarını tam əhatə etmədiyi üçün dəyişdirildi. Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis lazımı qədər sərtləşmir. Ereksiya, cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir (bərkiyir). === Səbəbləri === Sidik-cinsiyyət sisteminin və çanaq orqanlarının iltihabi xəstəlikləri (prostatit, orxoepididimit, sistit və s.) Erektil mexanizmə cavabdeh olan damarlarda arterial qanın axınının kifayət qədər olmaması Pornoqrafiya məzmunlu video görüntülər asılılıq halına gəldikdə Depressiyalar, stress, həyəcan, qorxu Bəzi preparatların qəbulu Hormonal pozğunluqlar Cinsiyyət üzvünün travmaları Onurğa sütunu travmaları Kiçik çanaq orqanlarında əməliyyatlar Şəkərli diabet Günümüzdə "erektil disfunksiya”nın psixoloji formalarınada rast gəlinir. "erektil disfunksiya”nın üzvi əsası müalicə ilə aradan qaldırılarsa da psixonevroloji xüsusiyyətlərlə bağlı çətinliklərin təsiri bəzən davam edir.
Multiorqan disfunksiya sindromu
Multiorqan disfunksiya sindromu (MODS) — iki və ya daha çox orqan və sistemdə baş verən funksional pozulmadır. Şok və ÜİS multiorqan disfunksiyasının əsas səbəbləridir. MODS-un meydana gəlməsində əsas mexanizm hüceyrə zədələnməsi və ya disfunksiyasıdır.