Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dodaqayaqlılar
Dodaqayaqlılar və ya çiyanlar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif. == Xarici quruluşu == Dodaqayaqlıların bədəni dartılmış, bel-qarın istiqamətində yastılanmış olub, başa və hər seqmentində bir cüt qaçış ətrafı olan seqmentləşmiş gövdəyə bölünür. Anal-genital sahəni təmsil edən birinci və bir neçə sonuncu seqmentlərdə ətraflar olmur. Başın ön kənarında seqmentləşmiş antenalar (bir cüt) yerləşir. Başın böyürlərində bəzən böyük topalar əmələ gətirən mürəkkəb faset gözə (milçəktutanlarda) bənzəyən gözcüklər yerləşir. Bəzən isə daim torpaqda yaşayan formalarda (geofil və kriptoslarda) gözlər olmur. Ağız hissələri 3 cüt çənə ilə təmsil olunmuşdur. Xilopodların ayaqları çanaqcıq (geofillərdə) reduksiyaya uğramışdır, burma (skolopendrkimilərdə son cüt ayaqlarda reduksiyaya uğramışdır), budönü, bud, baldır və pəncəkdən ibarət olub, buğumlarının sayı 1-2-yə çatır. Son cüt ayaqların arxasında gövdənin buğumlu çıxıntıları – dişi və erkək qonopodiyaları olan genital-anal şöbəsi yerləşmişdir.
Daraqayaqlılar
Daraqayaqlılar — Xərçəngkimilərin bu sinfinə aid nümayəndələrində göz orqanları yoxdur. İlk dəfə 1975-ci ildə Avstraliya, Karib dənizi hövzələrinin anxiolin mağaralarında tapılmışdır. 1981-ci ildə remipediyalar ayrıca sinifə ayrılmışdır. Hal-hazırda bütün tapılmış növlər 7 fəsiləyə aid edilərək Nectiopoda dəstəsində qruplaşdırılmışdır. Remipediyaların bədəni baş və bədən hissələrindən ibarət olub 42 eyni seqmentə bölünür. Baş hissədə 3 cüt ağızöncəsi çıxıntısı (antenöncəsi və 2 cüt antennalar), mandibula, 2 cüt maksilla və maksilliped (ayaqçənəsi) vardır. Maksillaların sonunda caynaq mövcuddur. Bu caynaqlarda iri vəzi dəlikləri yerləşir. Remipediya maksillalar vasitəsilə şikarı dişləyir. Bu zaman vəzi sekreti vasitəsilə şikarın bədəninə zəhər vəya həzm fermenti yeridilir.