Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dombra
Dombra (qaz. домбыра) — Qazax xalq çalğı aləti. Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır. "Qazaxı soruşsan, dombranın qolundadır". Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür. Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.
San-Tome və Prinsipi dobrası
San-Tome və Prinsipi dobrası (port. Dobra) — Afrika dövləti olan San-Tome və Prinsipinin pul vahididir. 2 iyul 1977-ci ildə (Eskudonun əvəzinə) mübadiləyə daxil edilmişdir. Dövriyyədə müxtəlif buraxılış illəri olan 5000, 10 000, 20 000, 50 000 və 100 000 nominallı dobra əsginaslarını görmək olar. 1977-ci ildən sonra buraxılmış köhnə dobra seriyaları əsas ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.
Alessio Bombaci
Alessio Bombaci (27 avqust 1914 – 20 yanvar 1979, Neapol) — İtalyan şərqsünası, türkoloq. Neapolda şərqşünaslıq unistutunun professoru olub. Ərəb, fars, türk dilləri və ədəbiyyatına dair əsərlərin müəllifidir. "Türk ədəbiyyatı tarixi" (1956) kitabında başqa türkdilli xalqların klassikləri ilə yanaşı, İmadəddin Nəsimi və Məhəmməd Füzulidən də ayrıca bəhs olunur. Füzulinin "Leyli və Məcnun" poemasının ingiliscə nəşrinə (1970, London) şairin həyat və yaradıcılığından bəhs olunan geniş müqəddimədə yazılmışdır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1978, II hissə, səh. 245.