Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doqmatizm
Doqmatizm alm. Dogmatismus; fr. Dogmatisme; ing. Dogmatism; osm. tr. nassiye; ər. صٔ خٍ ; dogmatisme] – Doqmatizm - ehkamlara, dəyişməz anlayışlara, dəqiq şərtləri nəzərə almayan düsturlara söykənən, həqiqətin konkretlilik prinsipini rədd edən idrak metodudur.Doqmatizm hansısa düşüncə başlanğıclarını aksiom kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı bütün doğruların yalnız onların üstündə durmasına inanmaqdır. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfəkkür; ehkamçılıq. Doqma [alm. Dogma; fr.
Dramatizm
Dramatizm [yun. Drama] – estetik kateqoriya; Yunan dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir.
Maqmatizm
Maqmatizm (rus. магматизм, ing. magmatism) — hərəkətverici qüvvəsi maqma və onun törətdiyi bütün geoloji proseslərin məcmusu; əsasən effuziv (vulkanizm) və intruziv (plutonizm) formada təzahür edir. == Başlanğıc maqmatizm == Başlanğıc maqmatizm, Stille, 1940 - qalın sualtı vulkanogen süxur qatları (spilit-diabaz, andezit, kvars-keratofir formasiyaları) və intruziv formasiya seriyaları (hiperbazit, qabbro-plaqioqranit, qabbro-sienit formasiyaları) ilə səciyyələnən maqmatizm. Başlanğıc maqmatizm əsasi, ultraəsasi tərkibli maqma və onun turş diferensiatları xasdır. Evgeosinklinallar və qırışıqlıq vilayətlərin tipik zonalarının ilkin yaranma mərhələlərində geniş inkişaf etmişdir. Sinonim: İnsial maqmatizm. == Maqmatik fəallaşma sahələrinin geokimyəvi əlamətləri == Maqmatik fəallaşma sahələrində təbii hadisələrdən daha çox vulkanlara, zəlzələlərə və iqlim dəyişmələrinə rast gəlinir. Belə sahələrdəki sularda, xüsusən yeraltı suların yuvenil növlərində Cl elementinin miqdarının yüksəlməsi müşahidə edilir. Maqmatik fəallaşma mərhələləri yer qabığında vulkanların fəaliyyəti ilə də müşayiət oluna bilər.
Donatizm
Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir. Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar. 311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.