Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Durmitor Milli Parkı
Durmitor Milli Parkı — Avropada, Çernoqoriyada yerləşən milli park. Adını yerli dağdan alır. YUNESKO-nun Dünya irsi siyahısındadır. == Haqqında == Möhtəşəm mənzərəyə sahib olan milli park qədim buzlaqların əriməsi nəticəsində ortaya çıxan çaylar və yeraltı çayları ilə meydana gəlmişdir. Avropanın ən dərin vadisi Tara çayı vadisi də buradadır. Bu vadi 82 km uzunluğunda və 1300 metr dərinliyindədir. Sıx şam meşələri və saf gölləri ilə çox zəngin endemik bitki örtüyünə malikdir. Milli park 3 hissədən ibarətdir: Mlinski çayı və Qaragöl bölgəsi Tara Keçidi Biosfer bölgəsi Skriçka gölləri və Susika Vadisi Milli parkda 200-dən çox mağara var. Ən məşhuru Ledina Peçina mağarasıdır. Bu mağaradakı donmuş sırsıraların uzunluğu 3 metrə çatır.