Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zirehli durnabalıqları
Zirehli durnabalıqları (lat. Lepisosteidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Durnabalığılar
Durnabalığılar (lat. Esocidae) — durnabalığıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ovalşəkilli bədəni, möhkəm və çoxsaylı dişləri olan ağzı, ördəyəbənzər burnu ilə səciyyələnir. Bədəni uzunsov, üzəri xırda sikloid pulcuqlarla örtülüdür. Başı böyük olub, rostrumu uzun və üstdən aşağı basıqdır. Ağzı çox böyük olub, başının yarısı qədərdir. Alt çənə önə doğru uzanmışdır. Çənəarası, alt çənə, damaq, xış sümükləri üzərində və dilin üzərində yaxşı inkişaf etmiş dişləri olur. Çənələrin oynaq hissələri gözlərin dal kənarı səviyyəsində yerləşir. Bel üzgəci çox geridə yerləşir.