Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərçivan
Ərçivan — Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Ərçivan Astara rayonunun Ərçivan inzibati ərazi vahidində kənddir. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Ədəbiyyatlarda Ərçivan şəklində təqdim edilir. Tədqiqatçıların bir qrupu bu toponimi Talış dilindəki ərç (dəyirman) və van (məskən, ev, yaşayış yeri) komponentlərindən ibarət "dəyirman yeri" mənalı, digər qrupu isə türk dillərində arca (ardıc ağacı) və van (məkan, yer) komponentlərindən düzəlmiş "ardıc ağacı bitən yer" mənasında söz kimi qəbul edirlər. Əslində oykonim "arci" və "van" sözlərindən düzəlib, "dağlıların yaşadığı yer" deməkdir. == Etimologiyası == Ərçivan Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Toponimi tədqiqatçılar müxtəlif cur izah edirlər: 1. Arcion (ərəçləri) toponiminin dəyişilmiş variantı olub, "mışarçəkənlər yeri" deməkdir; 2.
Ərcivan-Sarvan
Ərcivan–Sarvan (gürc. არჯევან-სარვანი; digər adları: Ərcivan Sarvanı, Dağ Sarvan) — Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində, eyniadlı sakrebuloda kənd. Sakrebulonun inzibati mərkəzidir. Bələdiyyənin inzibati mərkəzi Barmaqsız şəhərindən 15 km şimal–şərqdə, Ərcivan silsiləsinin cənubunda yerləşir. == Tarixi == Budaq Budaqov və Qiyasəddin Qeybullayevin məlumatlarına əsasən Ərcivan–Sarvan kəndi (hazırda rəsmi olaraq Marneuli şəhəri adlanan keçmiş) Sarvan kəndinin yaylaq kimi istifadə etdiyi ərazidə kənd əhalisindən bir hissənin daimi məskunlaşması ilə yaranıb və bundan dolayı kəndə həm də "Dağ Sarvan" deyilir. 2010–cu ildə Tbilisidə nəşr edilmiş "Gürcüstanda İslam abidələri" kitabına əsasən kəndin salınması təqribən üç əsr əvvələ təsadüf edir. Pavel Andreyeviç Karajetsov (rus. Павел Андреевич Каражецов) 2000–ci ildə Tbilisidə nəşr edilmiş "Gürcüstanda pravoslav məbədləri" adlı kitabında istinad etdiyi mənbəni göstərmədən bildirir ki, Ərcivan–Sarvan kəndi azərbaycanlı köçkünlər tərəfindən "Lurcis Saqradi" adlı qədim gürcü kəndinin xarabalıqları üzərində salınıb. İason Lortkipanidzenin (gürc. იასონ ლორთქიფანიძე) araşdırmasına əsasən "Lurci–Sağdari" (gürc.
Ərçivan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.