Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsasnamə
Əsasnamə qanunda müəyyən edilmiş işlərin necə icra ediləcəyini göstərir, Nazirlər Kabineti tərəfindən verilir və qanunlar kimi prezidentin imzasından sonra əks bir müddəa olmadıqda, Rəsmi Qəzetdə dərc edildikdən 45 gün sonra qüvvəyə minir. Ancaq qanundan fərqli olaraq, Dövlət Şurasının Nəzarətindən keçməlidir, əks təqdirdə qəbul olmayacaqdır. Bundan əlavə, bir qurum və ya təşkilatın məqsədlərini, vəzifələrini və izləmə yollarını və metodlarını təyin etdiyi maddələr toplusudur. Qanunun icrası ilə bağlı prinsipləri özündə əks etdirir.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarının müəyyən edən hüquqi sənəd. == Qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 23 avqust tarixli qərarı ilə təsdiq olunmuşdur. == Mahiyyəti == Əsasnamənin birinci maddəsinə görə, 1914 il iyulun 19-na qədər Azərbaycan XalqCümhuriyyətinin ərazisində yaşamış və hər hansı inzibati idarə və ya ictimai zümrə tərəfindən qeydə alınmış hər bir şəxs, həmçinin istər ölkə daxilində və ya onun xaricində Azərbaycan vətəndaşından doğulmuş, ölkə ərazisində 5 ildən yuxarı yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan şəxslər Azərbaycan vətəndaşı hesab edilirdi. Xarici vətəndaş Azərbaycan vətəndaşı ilə nikaha girdikdə o, Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı hesab olunurdu. Azərbaycan vətəndaşı eyni vaxtda başqa ölkənin vətəndaşı ola bilməzdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak etmək hüququna və s. hüquqlara) malik idilər. Əsasnaməyə görə, Hökumətə xarici ölkə vətəndaşlarının dövlət qulluğuna dəvət etmək səlahiyyəti verilirdi. Əsasnamədə xarici vətəndaşın Azərbaycan vətəndaşlığını qəbul etməsi və ya Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığına keçməsi qaydalarının xüsusi qanunla müəyyən ediləcəyi qeyd olunmuşdu. == Ləğvi == 1919 il avqustun 11-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul edildikdən sonra Hökumətin Azərbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü.