Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köln elektoratlığı
Köln kürfürstlüyü (alm. Kurfürstentum Köln‎) — X əsrdən XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-arxiyepiskopluğu idi. İmperiyada Köln kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Trir kürfürstlüyü. Köln arxiyepiskop-kürfürstü eyni zamanda İtaliya üçün baş kansleri idi (Müqəddəs Roma İmperiyasının üç komponentli titulyar krallığından biri, digər ikisi Almaniya və Burqundiya idi) və buna görə də bütün ruhani və dünyəvi knyazlar arasında ikinci yeri tuturdu. Kürfüstlüyün paytaxtı Köln idi. Köln burjuaziyası ilə münaqişələr kürfürstün Bonna köçməsinə səbəb olmuşdu. Köln 1475-ci ildən sonra Azad İmperiya Şəhəri kimi tanındı və beləliklə, onu hətta kürfürstün nominal dünyəvi səlahiyyətindən də çıxardı. Köln və Bonn 1794-cü ildə Fransa tərəfindən işğal edilmişdi. Kürfürstlüyün sağ sahil əraziləri 1803-cü ildə Alman mediatizasiyası zamanı dünyəviləşdirildi. Kürfürstlükdən ərazicə daha böyük olan və arxiyepiskopun yalnız kilsə səlahiyyətlərindən istifadə etdiyi Lyej və Münster kimi suffraqan yepiskopluqlarını əhatə edən Köln arxiyepiskopluğu ilə qarışdırmalıdır.
Pfals elektoratlığı
Pfals kürfürstlüyü (alm. Kurfürstentum Pfalz‎) və ya Pfals (alm. Pfalz‎) — Müqəddəs Roma İmperiyasının bir hissəsi olan dövlət. O, Yuxarı Reynin sol sahilindən, Almaniyanın müasir Reynland-Pfalz federal əyalətində bugünkü Pfalz bölgəsindəki Hunsrük dağ silsiləsi və Fransanın Elzas və Lotaringiya bölgələrindən Reynin şərq sahilində, indiki Hessen və Baden-Vürtemberqdə Odenvald silsiləsi və Heydelberq və Manhaym paytaxtlarını əhatə edən cənub Krayxqau bölgəsinə qədər uzanırdı. Pfals kürfürstləri Frank qanunlarına tabe olan ərazilərdə (Frankoniya, Şvabiya və Reynlandda) imperator vəkili vəzifəsini icra edirdilər və Müqəddəs Roma İmperiyasının ən əhəmiyyətli dünyəvi knyazları arasında yer alırdılar. 1541-ci ildə kürfürst Otto Henri lüteranlığı qəbul etmişdi. Kürfüstlüyün kulminasiya nöqtəsi və tənəzzülü 1619-cu ildə Bohemiya kralına çıxması Otuzilik Müharibəyə səbəb olan kürfürst V Frederikin hakimiyyətinə rast gəlir. 1648-ci il Vestfaliya Sülhündən sonra Fransa kralı XIV Lüdovik tərəfindən başladılan və Doqquzillik müharibə (1688–97) ilə yekunlaşan "Yenidən birləşmə" müharibələri dağıdılmış torpaqları daha da çətin vəziyyətə saldı. 1777-ci ildən Bavariya kürfürstlüyü ilə fərdi birlikdə idarə olunan Pfals nəhayət, 27 aprel 1803-cü ildə Baden tərəfindən ilhaq edildi.
Elektra
Elektra (okeanida) — yunan mifologiyasında okeanidalardan biri. Elektra (personaj) — Marvel Comics tərəfindən yaradılmış komiks personajı. Elektra kompleksi — psixoanalizə məxsus anlayış.
Elektra (okeanida)
Elektra (yun. Ἠλέκτρα "parıltılı", "gözqamaşdırıcı") — yunan mifologiyasında personaj, okeanidalardan biri, Okean və Tefidanın qızı, Tavmantın arvadı.
Elektra (personaj)
Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır. "Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Həyatı == === İlk illəri === Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı.
Elektra Records
Elektra Records (Elektra Entertainment Group) — ABŞ mərkəzli səsyazma şirkəti.
Elektra kompleksi
Elektra kompleksi — psixoanalizə məxsus anlayışdır.Edip kompleksinin analoqu olmaqla, qızların öz valideynlərinə münasibətində yaranan kompleksdir. Psixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meyilliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın falistik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun "Psixoanaliz nəzəriyyənin şərh edilməsi təcrübəsi" əsərində təklif edilmişdir. Freyd "Elektra kompleksi" terminini "Edip kompleksi" ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd "Elektra kompleksi" faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. == Qızlarda müşahidə edilən Edip kompleksi == Freydin qadının seksual inkişafı ilə bağlı fikirləri bir çox psixoanalitiklər tərəfindən etirazla qarşılanmışdır.
Elektra (Marvel Comics)
Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır. "Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Həyatı == === İlk illəri === Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı.