Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elektroliz
Elektroliz — elektrik cərəyanından keçdikdən sonra elektrodlarda ikinci reaksiyalardan yaranan həll olunmuş maddələrin ayrılmasını təmin edən fiziki-kimyəvi proses. Elektroliz elektrolitdən elektrik cərəyanı keçən zaman elektrodlar üzərində maddə toplanmasına deyilir. Elektrolit elektrik cərəyanı keçirən duz,turşu və qələvi məhluluna deyilir. Elektrolitik dissosiasiya suda neytral molekulların parçalanması zamanı mənfi və müsbət ionların əmələ gəlməsinə deyilir. Elektroliz qanunu:Elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən yükün miqdarı ilə düz mütənasibdir,m=k.q və ya m=kJt.Burada m-elektrodda ayrılan maddənin kütləsi,q- elektrolitdən keçən yükün miqdarı,k isə mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi ekvivalentidir.BS-də ölçü vahidi 1kq/kl-dur. Maddənin elektrokimyəvi ekvivalenti elektrolitdən 1kl yük keçdikdə ədədi qiymətcə elektrodda ayrılan maddənin kütləsinə bərabərdir və maddənin növündən asılı olan sabitdir.Elektrolizdən texnikada müxtəlif məqsədlər üçün istifadə edilir.Məsələn,elektroliz üsulu ilə bir metalın səthi başqa metalın nazik təbəqəsi ilə örtülür(nikelləmə, xromlama, qızıl çəkmə və s.). Bu örtük metalın səthini xarici təsirlərdən (məsələn, korroziyadan)qoruyur.Elektrolizin tətbiqi ilə metallar aşqarlardan təmizlənir, mürəkkəb relyefli iri ölçülü mis örtüklər alınır(qalvanoplastika). Rus alimi B.S.Yakobi 1836-cı ildə qalvanoplastika üsulu ilı Leninqraddakı İsaak kilsəsi üçün içi boş fiqurlar hazırlamışdır.
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Elektronik musiqi
Elektronik musiqi (ing. Electronic music) və ya elektronika — elektron musiqi aləti və elektron musiqi texnologiyasının köməyi ilə yaradılan musiqi növüdür. İlk elektron musiqi alətləri XX əsrin əvvəllərində ixtira olunmağa başlamışdır. Lakin, elektronik musiqinin sərbəst bir janr kimi tanınmağa başlaması XX əsrin ikinci yarısına təsadüf edir. Elektronik musiqi, elektron texnologiya və elektromexaniki musiqi alətlərinin yaratdığı səslərin köməyi ilə ifa edilir. Elektronik musiqi əvvəllər ancaq qərb akademik musiqisi ilə əlaqələndirilsə də, 60-cı illərin sonunda sintezatorların qiymətinin aşağı düşməsi nəticəsində, bu anlayış da tamamilə dəyişmişdir. Bu gün, elektronik musiqi dedikdə, eksperimental musiqidən tutmuş, populyar elektronik rəqs musiqisinə qədər böyük bir janr başa düşülür. == Mənşəyi == Elektronik musiqinin yaranmasından əvvəl, bəstəkarlarda yeni ixtira olunan texnologiyalardan musiqidə istifadə etmək marağı yaranmışdır. İlk elektromexaniki musiqi alətlərindən olan teleharmonium Tadeus Kahill tərəfindən ixtira olunmuşdur. İlk elektronik musiqi aləti Lev Teremin tərəfindən 1918-20–ci illərdə ixtira olunmuş Teremin hesab olunur.
Elektronik Stabilləşdirmə Proqramı
ESP, Robert Bosch GmbH firması tərəfindən yaradılmış, avtomobillərdə idarə etməyə dəstək verən bir sistemdir. Açıqlaması - Electronic Stability Program (Elektronik Stabilləşdirmə Proqramı) olan sistem ilk dəfə Mercedes-Benz firması tərəfindən 1995-ci ildə CL modellərinin konsepsiyasında istifadə etmişdir. Fərqli firmalarda, fərqli adlarla xatırlanan bu sistemin məntiqi ümumiyyətlə belədir: mərkəzi kontrol sistemi sükan bucaq sensorlarından, moment sensorlarından, ABS əyləc sisteminin sensorlarından gələn məlumatları qiymətləndirərək avtomobilin sürüşüb, sürüşmədiyini aydınlaşdırır. Buna görə də əyləc sistemi vasitəsi ilə lazımi təkərlərə və mühərrikin gücünə müdaxilə edərək avtomobili əvvəlki trayektoriyasına qaytarmağa çalışır. Məsələn, avtomobil ön hissədən sürüşərsə, sürüşməyən arxa təkərlərin əyləci avtomatik qapanır, həmçinin arxa təkərlər sürüşərsə, sürüşməyən ön təkərlər avtomatik olaraq dayandırılır. Beləliklə avtomobil sürüşməzdən qabaqki trayektoriyasına qayıdır.
ESP (Elektronik Stabilləşdirmə Proqramı)