Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmbizlər
Əmbizlər — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Əmbizlər kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Qasımkənd kənd Sovetinin tərkibinə verilmişdir.
Embilər
Embilər (lat. Embioptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Nisbətən aznövlü həşərat dəstələrindən biridir. Əsasən tropik və subtropik ölkələrdə yaşayırlar. Azərbaycanda 1 növü məlumdur. == Ümumi məlumat == Embilər uzunsov çevik bədənli, 10–20 mm ölçülü, yumşaq örtüklü həşəratlardır. Bədəni bozumtul-qonur rəngdədir. Başı iri, sərbəstdir. Ağız orqanları gəmirici, gözləri fasetli, bığcıqları təsbehşəkilli, 15–32 buğumludur. Döşü aydın ayrılmış üç buğumdan ibarətdir.