Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir."Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır. == Tarixi == 1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir.1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." video yunu populyar mədəniyyətə daxil olmuş Super göbələyi (ing. Super Mushroom) təqdim etmişdir."Konami" şirkətinin 1985-ci ildə satışa çıxartdığı "Gradius" videooyununda ilk dəfə seleksiya sayğacından istifadə etmişdir. Bu sayğac vasitəsilə oyunçular istədikləri "power-up" əşyalarını aktivləşdirə bilirlər.1986-cı ildən sonra daimi "power-up" əşyaları konsepsiyası döyüş rol videooyunlarına "bacarıq" (ing.
Power metal
Power metal — Almaniya və Skandinaviya ölkələrində yaranıb. Məlum olan ən köhnə Power metal mahnısı, Rainbow qrupunun “Stargazer” mahnısıdır. Power metal 1980-ci illərin əvvəllərində Alman qrup Helloween ilə məşhurlaşdı. Bu tərz, 70-ci illərdəki rock qruplardan gələn bir tərzdir. Power metal`da vokallar adətən normal olur. Yəni death, black və ya digər vokallar kimi ağır deyil. Amma çox güclü səs tələb edən bir tərzdir. Bu tərz qruplarda adətən alətlərin paylanması bu cürdür: 2 gitara, 1 bass gitara, bateri və vokal.. Bəzi qruplar keyboard`da işlədir. İtalyan olan Rhapsody qrupu isə hətta sinfonik alətlərdən də istifadə etmişdi.
Tyrone Power
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Your Power
"Your Power" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən üçüncü sinql. 29 aprel 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.