Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dikson-Entrans boğazı
Dikson-Entrans boğazı (ing. Dixon Entrance) -Boğaz Sakit okeanın şimal-şərqində Alyaska və Vaşinqton ştatları arasında yerləşir. Üstəlik boğaz Kanada və ABŞ sərhəddini təşkil edir. İnzibati cəhətdən isə ABŞ tərəfdən Alyaska ştatının və Kanadadan isə Britaniya Kolumbiyası ərazisini təşkil edir. == Coğrafiyası == Boğaz Hayda-Quain adasını Aleksandr arxipelaqından ayırır. Ondan cənubda Hekate boğazı, şimalda isə Klarens boğazı ilə birləşir. Uzunluğu və eni 80 km təşkil edir. Boğaz əsasən buzlaşmanın nəticəsində əmələ gəlmişdir. == Tarixi == Boğaz Kanada və ABŞ arasında ərazi mübahisəsi olaraq qalır. Belə ki, Kanada A-B xətti deyilən anlayışa əsasən boğaz sularını beynəlxalq dəniz suları hesab edərək iki ölkə arasında sərhəd təşkil etdiyini bildirir.