Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epidermis
Epidermis — dərini təşkil edən üç qatın ən kənar hissəsi. Daxili təbəqələr dermis və hipodermisdir. Epidermis təbəqəsi ətraf mühit patogenlərinin səbəb ola biləcəyi infeksiyalara qarşı bir maneə yaradır. Transepidermal maye itkisi ilə bədəndən atmosferə atılan su miqdarını da tənzimləyir. Epidermis əsas qatdakı bir sıra hüceyrə qatından ibarətdir. Bu təbəqələrin ən xarici nüvəli təbəqəsi ölü və yastı hüceyrələrdən ibarətdir. Bunlar kəpək və dırnaqların meydana gəlməsində təsirli olur. Korpus qatını təşkil edən hüceyrələrin içərisində sərt və lifli zülallar (keratin) toplanmışdır. Keratin hüceyrələri dərini əzmə, vurma kimi mexaniki təsirlərdən və mikroorqanizmlər qoruyur. Altda canlı və çox qatlı yastı epitel hüceyrələrindən ibarət malpighi təbəqəsi var.
Spiderman PS4
Epidural anesteziya
Peridural anesteziya, epidural anesteziya (yun. περί — ətrafına, dövrəsinə, əhatəsinə; yun. επί — səth, üst lat. dura mater — sərt qişa; yun. αἶσθησις) qısa olaraq PDA regional anesteziyanın bir növü. == Tarixi == 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir. 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir. 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy — iynəsi tətbiq edilməyə başlanılmışdır. 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir. == Anatomiya == Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat.
Epidural hematoma
Epidural hematoma — beyinin sərt qişası (dura mater) ilə kəllə sümükləri arasında olan sahədə qanın toplanmasıdır.