Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epidermis
Epidermis — dərini təşkil edən üç qatın ən kənar hissəsi. Daxili təbəqələr dermis və hipodermisdir. Epidermis təbəqəsi ətraf mühit patogenlərinin səbəb ola biləcəyi infeksiyalara qarşı bir maneə yaradır. Transepidermal maye itkisi ilə bədəndən atmosferə atılan su miqdarını da tənzimləyir. Epidermis əsas qatdakı bir sıra hüceyrə qatından ibarətdir. Bu təbəqələrin ən xarici nüvəli təbəqəsi ölü və yastı hüceyrələrdən ibarətdir. Bunlar kəpək və dırnaqların meydana gəlməsində təsirli olur. Korpus qatını təşkil edən hüceyrələrin içərisində sərt və lifli zülallar (keratin) toplanmışdır. Keratin hüceyrələri dərini əzmə, vurma kimi mexaniki təsirlərdən və mikroorqanizmlər qoruyur. Altda canlı və çox qatlı yastı epitel hüceyrələrindən ibarət malpighi təbəqəsi var.